Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:06

Özbək insayderin qaz layihəsi Putinlə sıx bağlı rusiyalı maqnatla əlaqəlidir


"Volga Group"un sahibi Gennadi Timçenko Moskvada Rusiya Olimpiya Komitəsinin iclasında
"Volga Group"un sahibi Gennadi Timçenko Moskvada Rusiya Olimpiya Komitəsinin iclasında

Sanksiya tətbiq edilmiş rusiyalı milyarder Gennadi Timçenko ilə bağlı qaz anbarının tikintisinə nəzarət bir özbək siyasətçiyə aid qeyri-şəffaf ofşor şirkətə ötürülüb. AzadlıqRadiosunun araşdırması o özbək siyasətçinin Putinin yaxın çevrəsindən olan Timçenko ilə ticari bağlarını üzə çıxarıb.

Radionun özbək xidmətinin hazırladığı məqalədə deyilir ki, Özbəkistanın ən iri qaz mədənində yeraltı qaz anbarının genişləndirilməsi "Gazli Gas Storage" adlı rus-özbək ortaq şirkətinə həvalə edilib. Anbar ölkənin cənub-qərbində yerləşən Buxara bölgəsinin Qazlı şəhəri yaxınlığındadır.

"Forus" Timçenkoya məxsus proksi şirkətmiş

2018-ci ildə Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə gizli sövdələşmə sayəsində qurulan ortaq şirkətin əksər səhmlərinə "Forus" adlı Rusiya şirkəti nəzarət edir. AzadlıqRadiosunun özbək xidməti ötən il bu şirkətin Timçenkoya məxsus bir proksi şirkətə aid olduğunu müəyyənləşdirmişdi.

Ancaq fevralın 14-də Özbəkistanın baş naziri Abdulla Aripovun təsdiqlədiyi yeni investisiya proqramı "Gazlı Gas Storage" layihəsinin daha öncə "Forus"un nəzarətindəki səhmlərinin 60 faizinin Honq-Konqda yerləşən "Daxon Holdings Limited" adlı şirkətə ötürüldüyünü göstərir.

AzadlıqRadiosunun özbək xidməti və Britaniyanın Olster Universitetinin kriminalist professoru Kristian Lasslettin gözdən keçirdiyi korporativ sənədlər "Daxon"un son benefisiarının özbəkistanlı enerji maqnatı Baxtiyor Fozilov olduğuna dəlalət edir.

Özbək xidmətinin ötən il apardığı başqa bir araşdırma isə Fozilovun Özbəkistan neft-qaz sektorundan qazanc götürən rusiyalı və özbək siyasətçilərin xüsusi şəbəkəsinin bir parçası olduğunu üzə çıxarmışdı. Bu şəbəkədə Özbəkistan təhlükəsizlik xidmətinin keçmiş əməkdaşlarının qohumları da var.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oliqarx Baxtiyor Fozilov ilə birikdə
Özbəkistan prezidenti Şavkat Mirziyoyev oliqarx Baxtiyor Fozilov ilə birikdə

Ötən ilin fevralında dərc edilən həmin araşdırma Özbəkistan hökumətinin bir gizli hesabatında Qazlı anbarının genişləndirilməsinə ofşor şirkətin nəzarət etməsinin və bu nəzarətin Timçenko ilə bağlı "Forus" şirkətinə verilməsinin ölkənin enerji güvənliyini riskə ata biləcəyi vurğulanır. Hesabat müəllifləri həmin şirkəti "şübhəli mənşəli" şirkət adlandırırlar.

"Qeyri-praktik layihə"

Hazırda Fozilovun "Gazli Gas Storage" layihəsinə nəzarət Honq-Konqda yerləşən "matryoşka" şirkətlər vasitəsilə təmin edilir. Layihənin səhmlərinin yerdəqalan 40 faizinə Özbəkistanın dövlət enerji şirkəti "Uzbekneftegaz" nəzarət edir.

Sözügedən gizli hesabatda deyilir ki, Qazlı anbarının genişləndirilməsinin iqtisadi baxımdan heç bir mənası yoxdur. ABŞ-ın tanınmış "Boston Consulting Group" şirkətinin gizli hesabatında da bu layihə "qeyri-praktik" adlandırılır. Sözügedən genişləndirmə sayəsində anbarın qaz toplama imkanının 2025-ci ildə 3 milyard kubmetrdən 10 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

Səhmlərin 60 faizinə nəzarət edən "Daxon" şirkətinin sahibi Honq-Konqun üç başqa şirkətidir. Bunlardan "Kenfame Limited" və "Denmount Limited" Fozilova məxsusdur. Həmin şirkətlər "Daxon"un səhmlərinin, uyğun şəkildə, 34 və 33 faizinə nəzarət edir. Səhmlərin yerdəqalan hissəsinə nəzarət edən "Sunworth Limited" şirkəti isə Fozilovun yaxın qohumu Sancar Samiyevə məxsusdur.

"Kenfame Limited"i rusiyalı işadamı İvan Yeqorov təsis edib. Mixail Xodorkovskinin "Dossier Center" təhqiqat qrupunun ötən ilin avqustunda dərc etdiyi araşdırmada bu şəxsin Timçenkonun biznes tərəfdaşı olduğu müəyyənləşdirilib.

Aida Çaçxaliya
Aida Çaçxaliya

AzadlıqRadiosu özbək xidmətinin ötənilki araşdırması isə "Forus" təsisçisinin Aida Çaçxaliya adlı hüquqşünas yardımçısının olduğunu üzə çıxarıb. Çaçxaliyanın 2021-ci ilin dekabrınadək "Forus"un tək sahibi olan Timçenko ilə çoxlu bağları var.

Yeqorov sonradan "Forus"un səhmlərinin 34 faizini əldə edib. Fozilovla sahibi anonim olan "Kunlun Red Star Investment" adlı Kipr şirkəti isə qalan 66 faiz səhmi öz aralarında bərabər bölüşdürüb. "Dossier Center" öz hesabatında bu bilgini "Forus"un maliyyə sənədlərinə istinadən dərc edib.

"Dossier Center"in araşdırmasının ardınca Ukrayna hökuməti Timçenkonun sanksiyalardan yayınmasına Yeqorovun köməklik göstərdiyini əsas gətirərək ona qarşı sanksiyalar tətbiq edib.

Fozilovla Timçenkonun başqa kommersiya bağları da var

Fozilov Özbəkistan dövlət neft sektorunun inhisarçı kontraktoru "Eriell Group"un rəhbəridir. O, daha öncə bu şirkətə bir ofşor şirkət vasitəsilə nəzarət edib. Burada onun şərikləri "Gazprombank" və "AMGA Consulting" adlı bir Rusiya şirkəti olub. Bu şirkətin Moskvadakı ünvanı Timçenko və yeznəsinə məxsus şirkətlərin ünvanları ilə eynidir.

Özbəkistanın ən böyük yeraltı qaz anbarının genişləndirilməsi Rusiya dövlət neft şirkəti "Gazprom"dan idxal edilən qaz həcminin artması fonunda baş verir. "Gazprom" ötən il Daşkənddə imzalanan sazişə əsasən, 2025-ci ilədək Özbəkistana ildə 2.8 milyard kubmetr qaz satmağa hazırlaşır.

AzadlıqRadiosunun özbək xidməti Fozilov, Timçenko, "Uztransgaz" və Özbəkistan hökumətindən "Daxon"un "Gazli Gas Storage" layihəsindəki yeni rolu barədə açıqlama almağa çalışsa da, məqalə dərc edilənədək onların heç birindən cavab almayıb.

XS
SM
MD
LG