Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:00

Özbəkistan Rusiyadan qaz alacaq


Özbəkistanın enerji naziri Curabek Mirzamaxmudov və Gazprom şirkətinin prezidenti Aleksey Miller
Özbəkistanın enerji naziri Curabek Mirzamaxmudov və Gazprom şirkətinin prezidenti Aleksey Miller

Özbəkistan bu ilin 1 oktyabrından Rusiyadan sutkada 9 milyon kubmetr həcmində qaz alacaq.

Rusiyadan idxal olunacaq qazın illik həcmi 2.8 milyard kubmetrə çatacaq.

Bu barədə məlumatı Özbəkistanın Enerji Nazirliyi verib.

Bu barədə razılaşmanı Özbəkistanın enerji naziri Curabek Mirzamaxmudov və Gazprom şirkətinin prezidenti Aleksey Miller Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumun əsnasında imzalayıblar.

Müqavilə iki il müddətinə bağlanıb, amma onun dəyəri açıqlanmır.

Özbəkistan Enerji Nazirliyi bildirib ki, qazın qiyməti beynəlxalq bazara, Özbəkistanın daxili bazarındakı qiymətlərə və Daşkəndin “bazar iqtisadiyyatı sahəsində keçirəcəyi islahatlara” əsaslanacaq.

Nazirliyin məlumatında deyilir ki, müqavilə kommersiya əsasları ilə imzalanıb və məqsəd Özbəkistanın ildən ilə artan tələbatının təmin edilməsidir.

İttifaq yaranmasa da...

Bu müqavilədən başqa tərəflər habelə ümumi uzunluğu 22 kilometr olan yeni kəmərlərin çəkilişinə, 56 kilometrlik köhnə kəmərlərin və qaz kompressor avadanlığının təmirinə dair “yol xəritəsi” barədə razılaşma imzalayıblar.

Ötən ilin noyabrında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev demişdi ki, Rusiya prezidenti Vladimir Putin Rusiya, Qazaxıstan və Özbəkistanın iştirakilə qaz ittifaqı yaratmağı təklif edib.

Özbəkistanın enerji naziri Mirzamaxmudov o vaxt bildirmişdi ki, Rusiya qazının Qazaxıstan ərazisi ilə Özbəkistana nəqli məsələsi müzakirə olunur, amma bu, ittifaq yox, “texniki kontrakt” əsasında ediləcək:

"Hətta Rusiya ilə qaz sazişi imzalansa da, bu, ittifaq olmayacaq”.

Mənfəətdar Putindirmi?

Nazirin sözlərinə görə Özbəkistanın özü ildə 52 milyard kubmetr qaz hasil edir. Ölkə bununla yanaşı ildə 4 milyard kubmetr qazı idxal və 2.7 milyard kubmetr qazı ixrac edir.

Özbəkistan soyuq havalara və daxili tələbatın kəskin artmasına görə Çinə gündə 6 milyon kubmetr qazın ixcraçını dayandırmışdı. İxrac bu ilin yazından bərpa olunub.

Rusiya təhlilçiləri hesab edirlər ki, Rusiya qazı Özbəkistana öz qazını uzunmüddətli kontraktlar əsasında ixrac edə bilməsi üçün lazımdır.

AzadlıqRadiosunun Özbək xidməti fevral ayında apardığı təhqiqatın hesabatında müəyyən etmişdi ki, Gazprom şirkətinə bağlı özbək və rus insayderlər elə indiki prezident Şavkat Mirziyoyevin prezidentliyi dövründə Özbəkistanda yüzlərlə qaz və neft yataqlarına nəzarətə sahibləniblər.

Bu layihələrin mənfəətdarları arasında Vladimir Putinə yaxın milyarder Gennadi Timçenkonun qeyri-şəffaf şirkətləri də var.

XS
SM
MD
LG