Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:09

AP-nin araşdırması: Dini məktəblərdə seksual zorakılıq


Pakistanda mədrəsə
Pakistanda mədrəsə

«The Associated Press» (AP) agentliyinin araşdırması Pakistandakı dini məktəblərdə - mədrəsələrdə seksual zorakılıq hallarının yayıldığını üzə çıxarıb. Di gəl, mollaların güclü olduğu, cinsi təcavüz mövzusununsa tabu sayıldığı toplumda bu məsələ nə müzakirə, nə də qəbul edilir.

PAKİSTANDA QURBANIN AİLƏSİ CİNAYƏTKARI BAĞIŞLAYA BİLƏR

Polis sənədlərinin araşdırılması, onlarla qurbandan, ailə, məmur və hüquq müdafiə qruplarından alınan müsahibələr göstərir ki, cinsi təcavüzə görə cinayət məsuliyyəti də nadir hadisədir. Qurbanların ailələri deyirlər ki, çox zaman mollaların məsuliyyətə cəlb edilməməsi üçün polisə rüşvət verilir. Pakistanın hüquq sistemi də imkan verir ki, qurbanın ailəsi canini «bağışlasın». Beləcə, iş çox tək-tük hallarda məhkəməyədək gedib çıxır.

Son 10 ildə təkcə qəzetlər molla və başqa din xadimlərinin törətdiyi 359 təcavüz olayından söz açıb. «Sahil» təşkilatının icraçı direktoru Munizae Bano deyir ki, bu rəqəm «heç aysberqin görünən tərəfi qədər də deyil».

2004-cü ildə bir Pakistan rəsmisi mədrəsələrdə gənc oğlanlara qarşı 500-dən çox cinsi təcavüz olayının üstünü açsa da, bunların təfərrüatına varmaqdan boyun qaçırmışdı.

Mədrəsələrlə yaxından tanış olan iki məmur dini məktəblərdə cinsi təcavüzün daim baş verdiyini deyir. Onlar silahlı dəstələrin qisasından çəkinərək adlarının açıqlanmamasını istəyirlər. Onlardan biri Pakistandakı bu halı katolik kilsəsi rahiblərinin uşaqlara cinsi təcavüzü ilə müqayisə edir:

«Mədrəsələrdə minlərlə cinsi təcavüz hadisəsi olur. Bu, çox yayğındır… Bunu üzə çıxarmağın necə baha başa gələcəyini deyə bilmərəm. Cəhd etmək belə çox təhlükəlidir».

Cinsi zorakılıqda ittiham olunan prodüserə qarşı etiraz kampaniyası genişlənir
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

ANCAQ ARA-SIRA OLA BİLƏR?

Dini işlər naziri Sardar Muhammad Yousaf mədrəsələrdə cinsi zorakılıq hallarının geniş yayıldığı iddiasını rədd edir və belə söhbətlərin dini, mədrəsələri və mollaları gözdən salmaq məqsədi güddüyünü deyir. Düzdür, o, ara-sıra, belə halların baş verə biləcəyini istisna etmir, axı «cinayətkarlar hər yerdə var».

Pakistanda 22 mindən çox rəsmi qeydiyyata alınan mədrəsə var. Onlarda, azı, 2 milyon şagird oxuyur. Bunların da əksəriyyəti əhalinin ən yoxsul təbəqəsini təmsil edir. Səbəb də odur ki, uşaqlara çox zaman həm təhsil, həm də yemək pulsuz verilir. Bundan başqa, mindən çox qeydiyyatdan keçməmiş, nəzarətdənkənar fəaliyyət göstərən mədrəsə var. Ciddi iyerarxiyaya malik katolik kilsəsindən fərqli olaraq, burada mədrəsələrə cavabdehlik daşıyacaq hər hansı mərkəzi dini qurum yoxdur.

Qurbanların ailələri deyirlər ki, mollalar polisə rüşvət verəndə polis işi heç qeydə də almır. Qurbanların ailələri, bir qayda olaraq, yoxsul və gücsüzdür.

«BİZİ GÜZƏŞTƏ GETMƏYƏ MƏCBUR EDİRLƏR»

«Bizi güzəştə getməyə məcbur edirlər», - adının Maqsood olduğunu deyən pəncablı kişinin sözləridir. Onun kiçik qardaşı mədrəsədə mollanın cinsi təcavüzünə məruz qaldığını söyləyir. Molla onu bu barədə danışdığı təqdirdə ailəsini öldürəcəyi ilə hədələyib.

Əfqanıstanda oğlanların "qadın rəqsi"
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Pakistanın hüquq sistemi Britaniya ümumi hüququ ilə şəriət hüququnun qarışığı olduğundan, qurbanlar və ailələr təcavüzkarı «bağışlaya» bilər.

Güclü təzyiqə məruz qalan qurbanlar və onların ailəsi çox zaman cinayətkarı «bağışlamağı», yaxud «qanpulu» müqabilində şikayəti geri götürməyi seçir. Çoxları başqa çıxış yolu tapmadığından bu yolu seçir.

«Sahil» təşkilatı ailələrə belə işləri açıqlamaq üçün hüquqi yardım təklif edir. Ötən il təşkilat mollaların törətdiyi 56 cinsi təcavüz halını üzə çıxarıb. Ancaq ailələrin heç biri təklif edilən hüquqi yardımdan yararlanmaq istəməyib.

Pəncabın Karor Pakka şəhərciyində 9 yaşlı oğlanı zorlamaqda suçlanan din müəllimi məhkəmə binasında öz növbəsini gözləyir. «Sipahi-Səhabə» adlı silahlı radikal sünni qruplaşmasının 6 üzvü də müəllimi müdafiə etmək üçün buraya gəlib.

Növbəsini gözləyənlərdən biri «The Associated Press» müxbirinə vəziyyətin təhlükəli olduğunu deyərək, çıxıb getməyi məsləhət görüb.

300 DOLLAR ALIB «BAĞIŞLADI»

Din müəlliminin cinayəti boynuna aldığı, hətta cinayət üstündə yaxalandığı deyilsə də, o, məhkəmədə günahsız olduğuna and içib. Son nəticədə uşağın anası 300 dollar müqabilində onu «bağışlayıb».

XS
SM
MD
LG