Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 04:31

Pakistanda turisti 'küfr'ə görə yandırdılar və küçələrlə sürüdülər


İğtişaşdan sonra
İğtişaşdan sonra

Bir pakistanlı ölkənin Svot vadisinə səyahət zamanı, iyunun 20-də küfrdə ittiham olunaraq qəzəbli kütlə tərəfindən ölüncə döyülüb və cəsədinə od vurularaq küçələrlə sürüklənib.

Döyülən şəxsin Pəncab vilayətinin sakini olduğu bildirilir. Svot polisinin rəisi Zahid Ullah deyib ki, polis zabitləri əvvəlcə döyülmüş şəxsi xilas edərək Madyan polis məntəqəsinə gətiriblər.

Madyandakı yerli jurnalistlərdən biri xəbər verir ki, kütlə məntəqənin darvazalarını sındıraraq içəri daxil olub.

Polis məntəqəsi də yandırılıb

Bundan sonra sözü gedən şəxsin üstünə benzin tökülərək yandırılıb. Jurnalist xəbər verir ki, kütlə həmin şəxsi bundan sonra da döyməkdə davam edirdi.

İğtişaşçılar bundan başqa üç polis maşınını və polis məntəqəsini yandırıblar.

İnsident bir neçə nəfər həmin turisti çantasında Quranın yandırılmış səhifələrinin olmasında ittiham etdikdən sonra başlanıb.

Bunun ardınca məscidin səsucaldanlarından polisin “kafiri” himayə etdiyi elan olunub. Bundan sonra qəzəbli kütlə polis məntəqəsinə yollanıb.

“Pakistanın İsveçrəsi”

Yerli sakinlər bildirilər ki, polisin atəş açması nəticəsində 11 nəfər xəsarət alıb.

Xəsarət alanlardan üçünün xəstəxanaya yerləşdirildiyi xəbər verilir.

Xəbərlərə görə hazırda Madyan və onun ətrafında vəziyyət gərgin olaraq qalır.

Xəbər verilir ki, hakimiyyət orqanları Pakistan qanunlarının 144-cü maddəsinə əsasən itaət etməyənlərə atəş açıblar.

“Pakistanın İsveçrəsi” adlandırılan Svot vadisi turistlərin ən çox səyahət etdikləri məkanlardan biridir.

Bu yerlər sərinliyinə görə yay aylarında xüsusilə populyardır.

XS
SM
MD
LG