Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:59

Bakı yaxınlığında palçıq gölündə çimənlər- [Foto, Video, Audio]


►Gölə giriş qadağan olunsa da, hər yay buraya axın davam edir

Yayın bu qızmar günlərində həm sərinləməyə, həm də özləri demiş, “xeyrini görməyə” gələnlər gölün ətrafında özlərini günə verir, duzlu suya baş vururlar.

Qara palçıqdan bədənlərinə çəkib sahildə gəzişənlər, kənardakı çayxanada çay içib söhbət edənlərin çoxu buranın daimi müştəriləridir.

“10 gün davamlı gəlmək lazımdır”

Söhbət Hövsan-Zığ yolu kənarında yerləşən “Düzlu göl”dən gedir. Gölün sahilində bədəninə qara palçıq çəkən Elxan İsgəndərov deyir, təsirini 10 seansdan sonra görəcək. Buranı ona həkimin məsləhət gördüyünü də sözlərinə əlavə edir:

“Səpkilərə qarşı müalicə alıram, ayağımda ağrı da vardı. Ancaq bir az baxımsızdır. Dövlət tərəfindən şərait, səliqə-sahman yaradılsa, axın da çox olar. Ancaq palçığı çox xeyirlidir. Deyilənlərə görə, 10 gün davamlı gəlmək lazımdır. Bu gün daxil olmaqla 3 gündür gəlirəm”.

Neçə illərdir gölün ərazisindəki kafelərdən birində işləyən Səxavət Məmmədov gələnlərə gölün faydalı haqqında həvəslə danışır:

Səxavət Məmmədov: İnsan orqanizminə xeyirli palçıqdır
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

“Bu haqda ensiklopediyadan oxumuşam. Suyun tərkibi yod, brom, natriumdan ibarətdir. Suyun 75 faizi duzdur. Burda bütün minerallar var. Gələnlər əvvəlcə burda, heç olmasa, 15 dəqiqə çimir, sonra bədəninə qara palçıqdan çəkir. Palçıq quruyandan sonra yuyunur. Sonra da yod çəkir. Rematizmaya, duzlaşmaya çox faydalıdır”. (ardı aşağıda)

Palçıq gölündə çimənin dedikləri
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

Qapının zənciri pul verəndən sonra açılır

Göl özəlləşdirilməyib. Ancaq girişi 50 qəpikdir. Ətrafı qamışlıq olan ərazidə zibil dizə çıxmasa da, səliqəli görünmür. Ərazidən yığılan tullantılar elə gölün bir neçə metrliyinə yığılır. Bura gələnlər gölün duzlu suyundan, palçığından fayda gördüklərini deyirlər. Baxımsızlıqdan narazı qalsalar da, ərazinin özəlləşdirilməsini istəmirlər:

Palçıq gölünə gələnlər danışır
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

– Baxımlı olsa, giriş də, yəqin, 5-10 manat olacaq, yenə biz kasıblar gələ bilməyəcəyik. Ondansa, elə belə qalsa, yaxşıdır.

– Dizimin ağrısına görə gəlirəm. İnişil gəlmişdim, keçmişdi. İndi yenə gəlirəm. Bir zəncir vurub qapıya, 50 qəpik alırlar. Palçıq da 50 qəpik, oturacaq 1 manat. Deyəsən, dəniz kimi yavaş-yavaş özəlləşdirirlər.

– Buranın faydasını görürəm. Hansısa şirkət alsa, ondan sonra, yəqin, qapı 10 manat, içəridəki prosedurlar 20 manat olar. Onda da biz gələ bilməyəcəyik.

İsgəndərin çörəyi palçıqdan çıxır

İsgəndər
İsgəndər

Müştərilərin bədəninə çəkilən qara və yodlu palçıq gölün dibindən yığılıb satılır. 17 yaşlı İsgəndər də palçıq satanlardan biridir:

“Palçığı gölün ortasından yığıb gətiririk. Gözümü yumub girirəm gölün dibinə. Ordan vedrəyə yığıb çıxardırıq. Yodu da yodlu göldən yığırıq. Vannalara töküb satırıq. 50 qəpikdir, adam çox gələndə qazancımız pis olmur”.

Palçıqyığan İsgəndər: Sadəcə, yığıb satırıq
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00

İsgəndər gölün dərinliklərindən yığdığı məhlulun ovuc boyda bükülüsünü 50 qəpiyə satır. Deyir, günə uzağı 5 manat qazanır. Çünki satdıqlarının pulundan “yerhaqqı” da ödəyir. Burdakı soyunub- geyinmə, duş yerlərinin də öz qiyməti var.

“Yaxşı, mən getdim, sabah o zibilləri kim yığacaq?”

Hamının “buranın sahibi” adlandırdığı şəxs isə özünü təqdim etmir. Pulu ərazinin səliqə-sahmanına görə toplandığını söyləyir:

Palçıqlı gölün sahibi danışır
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00

“Buraya biz baxırıq. Hər gün təmizlənir. Sadəcə, bu gün hava küləklidir. Ona görə dəyməmişik. Pullu- zad deyil, 50 qəpik buraları yığışdırmaq üçündür. Bələdiyyə bura konteyner qoyub, pul ona yığılır. Yaxşı, mən getdim, zənciri də götürdüm, uşaqlara da dedim ki, “işləməyin”, sabah o zibilləri kim yığacaq? Bura başlı-başına yer deyil. Dövlətin, bələdiyyənin tərkibindədir”.

“Giriş qadağandır”

Zığ bələdiyyəsinin sədri Kənan Nəsrullayev isə AzadlıqRadiosuna göldən heç bir gəlir götürmədiklərini deyir:

Kənan Nəsrullayev: “Göl balansımızda deyil. Düzdür, təmizliyinə baxırıq. Amma ordan pul gəlmir
Gözlə

No media source currently available

0:00 0:00:13 0:00

“Balansımızda deyil. Düzdür, təmizliyinə baxırıq. Amma ordan pul gəlmir. Biz ərazimizin təmizliyinə baxırıq. Ancaq ora ləğv olunmuş yerdir”.

Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirir ki, gölə 10 il əvvəl qadağa qoyulub. Ancaq adamların girişinin qarşısnı almaq onların işi deyil:

Ziyəddin Kazımov: Sanitar-gigiyenik normalara cavab vermədiyindən 2006-cı ildən o göldən istifadə qadağandır
Gözlə

No media source currently available

0:00 0:00:13 0:00

“Sanitar-gigiyenik normalara cavab vermədiyindən 2006-cı ildən o göldən istifadə qadağandır. Qərarın surətini icra hakimiyyətinə, polis orqanlarına, bələdiyyəyə vermişik. Onlar gərək adamları gölə buraxmasınlar”.

Gölün hansı əsaslarla fəaliyyət göstərməsini Suraxanı rayon icra hakimiyyətindən öyrənmək istədik. Ancaq gün ərzində telefon zənglərimizə cavab verən olmadı.

“Duzlu göl”ə piyada və maşınla axınsa davam edir.

Buna da bax: 7-ci aeroport tikiləcək. "Mənimsəmə yeridir"

XS
SM
MD
LG