Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:05

Pambığın xeyrini fermerdən çox şirkətlər görəcək


-

...amma fermerlər təkcə pambıq satışından qazanmayacaqlar

Bu il Azərbaycanda 50,9 min hektar sahədə pambıq əkilib. Mütəxəssislərin sözlərinə görə, həm örüş və dövlət ehtiyat fondu hesabına əkin sahələrinin artması, həm də may-iyun aylarında bol yağıntılar məhsuldarlığa müsbət təsir göstərəcək.

Bu il 100 min, gələn ilsə 250 min ton pambıq?

Ötən bazar günü (10 iyul) prezident İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin müşavirəsində kənd təsərrüfatı nazıri Heydər Əsədov gələn il 100-120 min hektar sahədə pambıq becəriləcəyinin anonsunu verdi. Bu il 100 min ton, gələn ilsə 250 min ton pambıq yetişdirmək nəzərdə tutulur.

Bəs pambıqçılığın yenidən dirçəldilişi kimə daha çox qazanc gətirəcək - fermerlərə, yoxsa pambıqçılıq şirkətlərinə?

Bu il pambıq emalı müəssisələri yüksək növ xam pambığın bir tonunun satınalma qiymətini təxminən 22 faiz artıraraq, 410 manatdan 500 manata qaldırıb. Ancaq bir incə məqamı da unutmaq olmaz: Emalçılar mahlıcı dünya bazarına ABŞ dollarına çıxarırlar. Dollarsa manata nisbətdə son bir ildə 2 dəfə möhkəmlənib.

Qiymətlər yenə yüksələ bilər

Bundan başqa, fermerlərlə müqavilə bağlanmağa başlanan mart ayından bəri dünya bazarında pambıq mahlıcınn birja qiyməti təxminən 21 fazi bahalaşıb. Birja mütəxəssisləri ehtiyatların azalmasını əsas gətirərək, ilsonunadək qiymətlərin bir qədər də yüksələcəyini proqnozlaşdırırlar.

Təxmini hesablamalara görə, pambıqçılıq şirkətlərinin qazançı, ötən il olduğu kimi, birə iki artacaq. Hərçənd, Kənd Təsərrüfatı Nazirliyində deyirlər ki, fermerlərlə bağlanan müqavilə şərtlərində o da qeyd olunub ki, «dünya bazarındakı meyllərdən asılı olaraq, qiymətlərə yenidən baxıla bilər».

Nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov qiymətlərin fermer və emalçılar arasında uzlaşdırılması məsələsini AzadlıqRadiosuna şərh edərkən bildirib ki, indi şirkətlərin fermerlərdən daha çox qazanc götürməsinə normal baxmaq, onların da bəlli xərclərini nəzərə almaq lazımdır.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Fermerlərin qazancı

Fermerlərsə təkcə pambıq satışından qazanmayacaqlar.Buildən onlar hər hektar əkin sahəsinə görə, dövlət büdcəsindən 50 manat deyil, 90 manat subsidiya alacaqlar. Məhsuldarlığın yüksəlməsi də gəliri artıra bilər. Nazirliyin fikrincə, bu il məhsuldarlıq ötən ildəki göstəricini (18,7sentner/ha) aşacaq.

İ. Cümşüdov 50 min hektar əkin sahəsinin 33 min hektarının «MKT İstelsalat Kommersiya» MMC, qalanınınsa, əsasən, «CTS Aqro» MMC ilə bağlanmış müqavilələrlə əkildiyini də söyləyib.

Bu il pambıq əkinini keyfiyyətcə yüksəltməyə «Aqrolizinq» ASC xəttilə yetərincə toxumsəpən və əkin sahələrinə qulluq səviyyəsini artırmağa kultivatorlar alınıb. Bundan başqa, yığım zamanı əl əməyini azaltmaq üçün Avropadan pambıqyığan kombaynların alınıb gətirilməsinə də sifariş verilib. Kombaynların sentyabr ayınadək ölkəyə gətiriləcəyi gözlənilir.

Dama-dama göl yox, pambıq olacaq?

Gələn ildən əkin sahələrinin yarısında (50 min ha) müasir suvarma sistemlərinin qurulması nəzərdə tutulur. Nazirlər Kabinetinin ötənilki qərarına görə, «yağış» suvarma sisteminin alınıb-qurulması üçün dövlət onun dəyərinin 40 faizini təsərrüfata güzəşt edəcək.

Qeyd etmək lazımdır ki, hökumət pambıqçılığın inkişafına iki səbəbdən önəm verir. Birincisi, bu, kənd yerlərində məşğulluğu artıracaq və dolayısıyla, gəlirlərin yüksəlməsi sayəsində sosial gərginliyi azaldacaq: 50 min hektar sahədə, orta hesabla, 100 min nəfər mövsümi işlə təmin olunacaq. İkincisi isə, ildə 100 min ton pambıq mahlıcının və ipliyin ixracı ölkəyə, ortalama, 150 milyon ABŞ dolları gətirə bilər.

XS
SM
MD
LG