Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:24

Pambıqçılar: 'Kilosuna 15 qəpik azdır. Heç gətirdiyimiz yeməyin pulu eləmir'


Pambığın kilosunu 15 qəpikdən yığmaq məşəqqəti...
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Pambığın kilosunu 15 qəpikdən yığmaq məşəqqəti...

İmişlidə pambıq yığımı başlanıb. Amma giley-güzarla...

Ağaməmmədli kəndindəki pambıq sahələrində qadınlar səhər 8 -dən iş başında olur. 71 yaşlı Bəsurə Qurbanova deyir, maddi ehtiyac onu ahıl yaşında pambıq tarlasına gətirib. Onun sözlərinə görə, 80 yaşlı həyat yoldaşı pensiyaçıdır, işləmir, üstəlik iki övladı olan oğlu da işsizdir.

Pambıq yığımı axşam 6-ya qədər davam edir... 10 saata yaxın çalışan qadınlar deyir günə ortalama 50-60 kilo pambıq toplaya bilirlər- kilosu 15 qəpikdən....

Adlarının çəkilməsini istəməyən pambıqçı qadınlar AzadlıqRadiosuna deyirlər ki, 15 qəpik bu zəhmətin qarşılığında azdır. Onların sözlərinə görə, münasib məbləğ 20-25 qəpik olardı. Bəzi qadınlar qazandıqlarını kreditlərinin bağlanmasına xərclədiklərini deyirlər.

Fermer Əlağa Bayramovsa deyir ki, emal müəssisələrində xam pambığın alış qiyməti aşağı olduğundan fermerlər pambıqçılara daha çox pul verə bilmir. Ancaq hər kiloya görə verilən pulu da az hesab etmir. Bildirir ki, əvvəlki illərdə daha az- hətta 10 qəpik verilirdi.

Buna da bax: Pambığın satın alınma qiyməti artırıldı

Emal müəssələrinə satılan hər kiloqram pambığa görə hökümət 10 qəpik subsidiya verir. Kənd təsərüfatı məsələlsəri üzrə ekspert Vahid Məhərrəmli deyir ki, dövlətin pambığın hər kiloqramı üçün sahibkarlara ayırdığı subsidiya yetərli deyil. Mütəxxəsis əlavə edir ki, pambığın emal və ixracı monopoliyadadır. Monopolistlər öz maraqlarına xidmət edən qiymətləri müəyyənləşdirir. Onun sözlərinə görə, başqa ölkələrdə pambığın bir kiloqramını fermerlərdən emal müəssiələri 90 sentə qəbul edir. Azərbaycanda isə bu rəqəm xeyli aşağıdır. Vahid Məhərrəmli deyir ki, dövlət hesabına 10 qəpik subsidiya heç də fermerlərin yarasını sağaltmır. Onlar pambığı onlara sərf edən qiymətə sata bilmirlər. Qiyməti məmurlar diqtə edir.

Kənd Təsəfrüfatı nazirliyinin sözcüsü Anar Hüseynovsa deyir ki, pambıq yığımının qiymətinə hökümət qarışmır. Dövlət yalnız konkret sahələrin inkişafını təmin etmək məqsədi ilə subsidiya verir.Pambığın alış qiymətini isə məhsulu alan şirkətlər müəyyən edir.

Son illər Azərbaycan hökuməti pambıqçılığın inkişafına xüsusi önəm verir. Həm əkin sahələri, həm də pambığın tədarükü artırılıb.

Hökumət 2022-ci ildə xam pambıq istehsalını 500 min tona qaldırmaq istəyir.

Buna da bax: Lerikin keçilməz yolları

Lerikin bu kəndinə ancaq UAZ, ya da 'Niva' ilə gedib çıxmaq olur
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

XS
SM
MD
LG