Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:53

Bəzi yerlərdə pandemiya, deyəsən, azacıq ‘yavaşıyır’


Praqa küçələrindən birində Lennonun qrafittisi
Praqa küçələrindən birində Lennonun qrafittisi

Aprelin 6-da Britaniyanın baş naziri Boris Johnson koronavirus kəskinləşməsi diaqnozu ilə London xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Böyük Britaniyada virusa yoluxma halları artmaqda davam edir.

Hökumət bildirib ki, aprelin 6-na olan məlumata görə ölkədə 51, 608 nəfər COVID-19 virusuna yoluxub, bunlardan 5373 nəfəri vəfat edib.

ABŞ prezidenti Donald Trump bildirib ki, o “dostu” və “böyük lider” Johnson-un sağalacağından “ümidvar” və “əmindir”.

Bütün dünyada koronavirusa yoluxma hallarının sayı 1.32 milyon nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 73, 707 nəfərdir. Bunların təxminən 50 mini Avropanın payına düşür.

Kəskin artımın azacıq sürət yavaşıması

Buna baxmayaraq, ABŞ-ın və Avropanın COVID-19 virusunun ən çox yayıldığı bölgələrində ölüm və yoluxma hallarının artım sürətində azacıq yavaşıma qeydə alınıb.

Bununla yanaşı ekspertlər inanırlar ki, real yoluxma və ölüm hallarının sayı qeydə alınanlardan daha çoxdur.

Buna səbəb bir tərəfdən xəstəliyin üzə çıxarılması üçün keçirilən testlərin qeyri-təkmilliyi, digər tərəfdən isə bir sıra avtoritar hökumətlərin statistikanı azaltması və ya gizlətməyə çalışmasıdır.

Birləşmiş Ştatlar bütün dünya üzrə yoluxmaların sayına görə lider olaraq qalır. ABŞ-da indiyədək 350 min nəfərədək insan COVID-19 virusuna yoluxub, vəfat edənlərin sayı 10 min nəfəri keçib.

ABŞ hakimiyyət orqanları koronavirus yoluxmasından ən yaxşı halda 100 minlə 240 min arasında insanın öləcəyini proqnozlaşdırıb.

Azərbaycanda daha 57 nəfərdə koronavirus aşkar edilib
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Karantin, özünütəcrid və sosial məsafə töhfə verir

Birləşmiş Ştatlarda virusun hücumuna ən çox məruz qalmış Nyu Yorkda ölüm hallarının artım sürətində durğunluq hiss olunmağa başlayıb.

Ekspertlər bunu karantin, özünütəcrid və sosial məsafə saxlamaq kimi tədbirlərin nəticə verməsi kimi qiymətləndirirlər.

Son dörd gün ərzində gündəlik ölüm hallarının sayı 600-dən az olub və xəstəxanalarda ağ ciyər ventilyatorlarına ehtiyacı olanların da sayı azalıb.

Nyu York meri Andrew Cuomo aprelin 6-da deyib ki, infeksiya yayılmasının yavaşıması “ümidvericidir”, lakin karantin tədbirlərinin dayandırılması hələ çox tezdir:

“Rəqəmlərdən belə görünür ki, bu, dönüş nöqtəsi ola bilər. Amma hələ “hər şey qurtardı” deyə bilmərik. Qurtarmayıb. Belə səhvə başqa yerlərdə yol verilib”.

Trump və vitse-prezident Mike Pence nikbin tonda bəyənatlar veriblər və bildiriblər qarşıdan gələn həftələrdə ölkənin dönüş nöqtəsinə çatması müşahidə ediləcək.

İtaliya və İspaniyada da kiçik ümid işartısı

İtaliya koronavirusdan ölüm hallarına görə hələ də liderdir. Bu ölkədə COVID-19-a yoluxmadan indiyədək 16, 500 nəfər dünyasını dəyişib və son 24 saat ərzində ölüm hallarının sayı 525-dən 636-ya yüksəlib.

Amma burada da koronavirusa yeni yoluxmaların gündəlik tempi düşür. Bundan başqa İtaliyada reanimasiya müalicəsinə ehtiyacı olanların sayı da son üç həftədə ən aşağı həddinə enib.

Koronavirusun ən ağır itkilərinə məruz qalan ikinci ölkə - İspaniyada da aprelin 6-da yeni yoluxma və ölüm hallarının sayı düşüb.

İspaniya Səhiyyə Nazirliyi aprelin 6-da ölkə üzrə 637 yeni ölüm halının qeydə alındığını bildirib. Bu son 13 gündə ən aşağı rəqəmdir. Ümumilikdə isə İspaniyada koronavirusdan 13 min nəfər vəfat edib.

Son iki həftədə İspaniyada yeni yoluxma hallarının da sayı azalır.

Ağ Evin tibb koordinatoru doktor Deborah Birx aprelin 5-də demişdi ki, İtaliya və İspaniyada karantin və fiziki məsafə saxlanması tədbirləri ilk nəticələrini verir.

Xanın Brix deyib ki, o, bu meyli Birləşmiş Ştatların da təkrar edəcəyinə ümid bəsləyir.

Avropa İttifaqının ən böyük sınağı

Amma Niderland və Hollandiyada ölüm hallarının və yeni infeksiyalaırn yavaşımasına baxmayaraq, Fransada son 24 saatda 833 ölüm qeydə alınıb. Bu, epidemiya başlanandan bəri ən yüklsək göstəricidir.

Bu arada Almaniya kansleri Angela Merkel aprelin 6-da deyib ki, pandemiyanın dünya iqtisadiyyatında buraxacağı dərin iz Avropa liderlərinin bu ittifaqı qoruyub saxlamaları üçün “böyük sınaq” olacaq:

"Mənim nəzərimdə Avropa İttifaqı təsis olunandan bəri ən böyük sınaq qarşısında dayanıb. Hər bir kəs, hamı kimi təsirlənib və buna görə də hamının, Almaniyanın da marağındadır ki, Avropa bu sınaqdan güclü çıxsın”.

Cənubi Avropa ölkələri pandemiyanın iqtisadi nəticələrinin aradan qaldırılması üçün Almaniya, Avstriya və Niderlanddan ortaq borc fondunun yaradılmasını xahiş edirlər.

Berlin və başqa paytaxtlardan bu çağırışa hələki hay verilmir.

XS
SM
MD
LG