Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:28

Notr-Dam kilsəsinin bərpasına milyonlar ayrılır


Notr Dam kilsəsində yanğın
Notr Dam kilsəsində yanğın

Macron Notr-Dam Kilsəsinin bərpa olunacağını deyir

Parisin mərkəzindəki orta əsrlərə aid Notr-Dam Kilsəsində yanğın aprelin 16-na keçən gecə nəzarətə alınıb.

Fransa Prezidenti Emmanuel Macron kilsənin bərpa olunacağını deyib, o, “ən pisinin baş verməməsindən” rahatlıq hiss etdiyini söyləyib.

Macron kilsənin bərpası üçün beynəlxalq ianə kampaniyası başlatmağı vəd edib.

Polis yanğının səbəbinin bəlli olmadığını deyir. Paris yanğın departamentinin məlumatına görə, yanğın binada gedən təmir işlərinə bağlı ola bilər.

Bir yanğınsöndürənin xəsarət aldığı bildirilir.

Kilsə yanır
Kilsə yanır

Beynəlxalq liderlər Fransa xalqına kədər və həmrəylik hisslərini çatdırıblar. Almaniya Kansleri Angela Merkel 12-ci əsrə aid binanı “Fransanın və bizim Avropa mədəniyyətimizin simvolu” adlandırıb.

ABŞ Prezidenti Donald Trump tvitində yazıb ki, “Paris Notr-Dam kilsəsində nəhəng yanğını izləmək çox dəhşətlidir”.

***

Almaniyanın Xarici işlər naziri Heiko Maas deyib ki, ölkəsi köməyə “hazırdır”

Rusiya Prezidenti Vladimir Putin yanğının “rusiyalıların qəlbində kədər buraxdığını” söyləyib, ölkəsinin kilsənin yenidənqurulmasına “ən yaxşı mütəxəssisləri” göndərməyə hazır olduğunu deyib.

Papa Francis ümidini bildirib ki, kilsənin bərpasına hamı qoşulacaq. Vatikan, muzeylərindəki incəsənət ekspertlərinin bərpa işinə qoşulmasını təklif edib.

Paris regionu bərpa işinə 10 milyon avro (11,3 milyon dollar) ayıracağını, fransız milyarder Bernard Arnaud isə 200 milyon avro ianə verəcəyini bildirib.

Parisin meri Anne Hidalgo kilsənin bərpası üçün donor konfransı keçirəcəyini söyləyib.

***

Paris Notr-Dam kilsəsində yanğın baş verib

Parisin dünyalarca məşhur Notr-Dam və ya Ana Məryəm məbədində güclü yanğın baş verib.

Reuters agentliyi xəbər verir ki, aprelin 15-də axşamın erkən saatlarında başlanan yanğın əslərcə yaşı olan kilsənin damına və bürcünə çatıb. Dam örtüyü və bürc tamamilə dağılıb.

Kilsədə baş vermiş yanğının alovları və tüstüsü Fransa paytaxtının bir çox yerlərindən görünürdü.

Şahidlər bildirirlər ki, məbədin damı tamamilə məhv olub.

Yanğınsöndürənlər alovun yayılmasının qarşısını almağa çalışırlar və kilsəyə gedən bütün küçələr bağlanıb.

Yanğına yaxın evlərin sakinləri evakuasiya edilib.

Daxili İşlər Nazirliyinin vəzifəli nümayəndəsi Laurent Nunez deyib ki, hələlik yanğının səbəbləri bilinmir.

Məbədin məşhur bürcü tamamilə dağılıb
Məbədin məşhur bürcü tamamilə dağılıb

Prezident Emmanuel Macron yanğınla əlaqədar televiziya ilə ölkəyə müraciətini təxirə salıb.

12-ci əsrdə tikilmiş bu məbəd Victor Hugonun məşhur “Notr Dam qozbeli” romanında təsvir edilib və əslində əsərdəki hadisələrin çoxu burada cərəyan edir.

Ana Məryəm məbədi Parisin ən görməli yerlərindən biridir və buranı hər il milyonlarla turist ziyarət edir.

Qotik üslubda tikilmiş kilsə özünün daşlardan yonulmuş qulyabanı fiqurları, rəngli mozaik pəncərələriilə məşhurdur.

Paris meri Anne Hidalgo deyib ki, kilsədə çox sayda tarixi eksponatlar saxlanırdı və bu hadisə “əsl faciədir”.

Bu yaxınlarda kilsənin bərpa-təmir işlərinə başlanmışdı və bina divarlarının ətrafı taxtabəndlərlə bağlanmışdı.

Binanın taxta-qurğuşun bürcü 19-cu əsrdə aparılmış bərpa işləri zamanı tikilmişdi.

XS
SM
MD
LG