Bir dairədən 2 Aysel Əlizadə
Bu təsadüfdür yoxsa YAP-ın yeni seçki texnologiyasıdır?
8 saylı Binəqədi 1-ci seçki dairəsində YAP namizədi - Aysel Əlizadədir.
Ancaq bu dairədən bir az əvvəl eyni ad və soyadlı gənc yazar Aysel Əlizadə namizədliyini irəli sürüb.
İmişlidə etiraz forması: dərsləri boykot
Sentyabrın 15-də İmişli rayonunun Qızılkənd sakinləri etiraz aksiyası keçiriblər. Onlar uşaqlarının tamamilə yararsız olan orta məktəb binasında təhsil almasına etiraz ediblər. Bu məqsədlə kənd sakinləri uşaqlarını məktəbə yollamamaqla dərsləri boykot ediblər.
Xəzər Universiteti 651-700-ci yerlərdədir
«QS Dünya Universitet Reytinqi 2015» açıqlanıb.
Reytinqdə ilk üç yerdə Massaçusets Texnoloji İnstitutu, Harvard və Kembric universitetləridir. Bu ali məktəblərin balı uyğun olaraq 100, 98.7 və 98.6-dır.
Azərbaycandan Xəzər Universiteti 651-700-cü yerdə qərarlaşıb. Bakı Dövlət və Qafqaz universitetləri isə 701-ci pillədən sonra gəlir.
"Necə məsləhətdirsə..."
YAP-dan olan millət vəkili Rəbiyyət Aslanova belə deyib.
O, Yeni Azərbaycan Partiyasının açıqladığı deputatlığa namizədlər siyahısında adının olmamasını qafqazinfo-ya şərh edib. Bildirib ki, partiyanın qərarına hörmətlə yanaşır:
«Partiyamız necə məsləhət bilir elə də olur. Həmin dairədən namizədliyini irəli sürmüş şəxsə uğurlar arzu edirəm. Hər şey dövlətimiz, ölkəmiz üçün...»
BDU rektoru Abel Məhərrəmov deyib ki, rektorlar seçim etməlidir: ya rektorluq ya deputatlıq.