Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:36

Parlament partiyaları 'hə' deyir


Mehriban Əliyeva və İlham Əliyev səs verir.
Mehriban Əliyeva və İlham Əliyev səs verir.

Parlamentdə təmsil olunan partiyalar Konstitusiyaya düzəlişlərin əleyhinə deyil. Özlərini «parlament müxalifəti» kimi təqdim edən həmin partiya liderlərinin rəylərindən belə aydın olur.

ASİM MOLLAZADƏ: «CİDDİ PROBLEM GÖRMÜRƏM»

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə təklif olunan dəyişikliklərlə bağlı ciddi problem görmür. «Bu sənədin əsas məqsədi və mənası icra hakimiyyətinin möhkəmləndirilməsidir», - deyə o bildirib.

A.Mollazadə bu dəyişikliklərin qəbul edilməsi zərurətini «regiondakı təhlükəli proseslər»lə əsaslandırsa da, məhz hansı prosesləri nəzərdə tutduğunu açıqlamayıb.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da hesab edir ki, layihə «ölkənin inkişaf səviyyəsindən irəli gəlir və idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir».

Buna da bax - Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

F.AĞAMALI: «DÖVLƏTÇİLİYİN İNKİŞAFINI GÖRMÜRLƏR»

Hüquqşünasların təklif olunan dəyişikliklərin Əsas Qanunun ruhuna və mahiyyətinə zidd olduğu barədə fikrini şərh edən F.Ağamalı deyib: «Mən bu ifadələrlə tanışam, amma onların müəllifləri ya dövlətçiliyin inkişafını görmürlər, ya da özlərini görməməzliyə vururlar».

Yaş məhdudiyyətinin ləğvi və vitse-prezidentlər haqqında düzəlişə toxunan F.Ağamalı bu təkliflərin «antidemokratik» adlandırılmasından təəccübünü bildirib. «Dünənki demokratiya normaları bugünkü həqiqətlərə uyğun olmaya bilər. Demokratiya da inkişafdadır və dəyişə bilər. Yaş məhdudiyyəti siyasətçilərin hüquqlarını məhdudlaşdırır, prezidentlik müddəti isə bir çox ölkələrdə 7 ildir. İstənilən halda, son sözü xalq deyəcək. Yaxın zamanda biz bu dəyişikliklərin idarəetmə sisteminə müsbət təsirinin şahidi olacağıq», - deyə deputat bildirib.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

FAZİL MUSTAFA: «REGİONDA BAŞ VERƏN HADİSƏLƏR...»

Digər deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da deyir ki, ölkə prezidentinin Konstitusiya Məhkəməsinə bu cür dəyişikliklər təklif etmək hüququ var: «Buna əvvəlcədən hansısa qiyməti vermək yanlış olardı».

Eyni zamanda, o hesab edir ki, etik nöqteyi-nəzərdən deputatlıq mandatı və mülkiyyət hüququndan məhrumetmə ilə bağlı düzəlişlər ətrafında mübahisələr yarana bilər. «Təklif olunan düzəlişlərin mahiyyətinə gəlincə, onlar demokratiyadan daha çox, regionda baş verən hadisələr fonunda sabitliyin möhkəmləndirilməsi məqsədi güdür»,-deyə F.Mustafa qeyd edib.

Onun fikrincə, vitse-prezidentlər institutunun təsis edilməsi haqqında təklif də sabitliyin möhkəmləndirilməsinə yönəlib.

Konstitusiyaya dəyişiklik təkliflərinin şərhi (Video)

Konstitusiyaya dəyişiklik təkliflərinin şərhi (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

İyulun 18-də prezident İ.Əliyev rəy alınmasından ötrü Konstitusiya Məhkəməsinə «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsini göndərib. Konstitusiya Məhkəməsinin iyulun 25-də bu layihəyə baxacağı gözlənilir.

Həmin layihədə Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Milli Şura, REAL Hərəkatı və Müsavat Partiyası isə bu layihənin əleyhinə mövqelərini bildiriblər. Onların fikrincə, bu, respublika sistemindən monarxiya sisteminə keçməkdir. Onlar hesab edir ki, bu dəyişikliklərlə prezidentin ailə üzviləri və yaxınları hakimiyyət idarəçiliyinin yüksək pillələrinə gətiriləcək.

Konstitutsiyaya dəyişikliklə bağlı aktda nədən söhbət gedir?

Konstitutsiyaya dəyişikliklə bağlı aktda nədən söhbət gedir?
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

XS
SM
MD
LG