Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:54

Paşinyan separatçıların lideri ilə görüşüb


Nikol Paşinyan və Araik Arutyunyan
Nikol Paşinyan və Araik Arutyunyan

Paşinyan 44-günlük Qarabağ müharibəsi bitəndən sonra işin heç dayanmadığını vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı separatçıların lideri Araik Arutyunyanla görüşündə ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının bərpasının vacibliyini vurğulayıb. Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidməti məlumat yayıb.

Yeni tikililərdə mənzillər

Yerevanda keçirilən görüşdə Paşinyan 44 günlük Qarabağ müharibəsi bitəndən sonra işin heç dayanmadığını vurğulayıb. Bu müddətdə Qarabağda normal həyatın bərpa olunduğunu qeyd edən Paşinyan görülən işləri qənaətbəxş saymadığını da dilə gətirib.

Baş nazir “ümumi qəbul edilmiş prinsiplər, millətlərin öz müqəddəratını təyinetmə hüququ əsasında, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpasını, Dağlıq Qarabağ münaqişəsinin yekun və hərtərəfli həlli və Qarabağın statusunun müəyyənləşməsini” vacibliyini qeyd edib.

Arutyunyan isə Xankəndində görülən işlərdən danışıb, bu ilin sonunadək yeni tikililərdə azı 300, gələn ilin sonunadək isə azı 2500-3000 mənzilin istifadəyə veriləcəyini deyib.

Azərbaycanın mövqeyi

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Amma qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Prezident İlham Əliyev müharibə bitəndən sonra çıxışlarında dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin, status məsələsinin tarixdə qaldığını deyib. Ancaq istər Ermənistan, istərsə də Minsk qrupu həmsədr ölkələrinin təmsilçiləri danışıqların bərpasına çağırırlar.

Hazırda Ermənistanda səfərdə olan ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erika Olson noyabrın 2-də Xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Ermənistan XİN-in məlumatında deyilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində hərtərəfli tənzimlənməsinin zəruruliyini vurğulayıblar.

XS
SM
MD
LG