Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:21

Pashinian əsgər ölümlərinə görə iki generalı vəzifəsindən çıxarır


Generallar Artur Baghdasarian (ortada) və Aleksan Aleksanian (sağdan ikinci) Nikol Pashinian-ın müşavirəsində
Generallar Artur Baghdasarian (ortada) və Aleksan Aleksanian (sağdan ikinci) Nikol Pashinian-ın müşavirəsində

Fevralın 19-da Ermənistan hərbi polisinin rəhbəri və başqa bir general son vaxtlarda qeyri-döyüş şəraitində əsgər ölümlərinin kəskin artması ilə bağlı vəzifələrindən kənarlaşdırılıb.

Prezident Armen Sarkisian baş nazir Nikol Pashinian-ın təqdimatı ilə hərbi polisin komandanı general-mayor Artur Baghdasarian-ı və general-mayor Aleksan Aleksanianı tutduqları vəzifələrdən azad edib.

Baghdasarian hərbi polisə 2017-ci ildən rəhbərlik edirdi. Ona ordu generalı rütbəsi yanvarın 24-də verilmişdi.

Orduda təlim-tərbiyə işləri ilə məşğul olan general-mayor Aleksanian isə bu vəzifəyə ötən noyabrda təyin edilmişdi.

Pashinian Ermənistan silahlı qüvvələrinin və hüquq-mühafizə orqanlarının ali komandanlığı ilə fevralın 17-də keçirilən görüşündən sonra “hərbi heyətlə bağlı qərarlar” qəbul edəcəyini vəd etmişdi.

Bu müşavirədə qeyri-döyüş şəraitində əsgər ölümlərinin artmasının səbəbləri müzakirə edilirdi.

İlin əvvəlindən 13 hərbçi qeyri-döyüş şəraitində ölüb

Ermənistan hərbiyyəsi bu ilin əvvəllərindən 13 hərbçinin qeyri-döyüş şəraitində ölümü barədə məlumat verib.

Bunlardan səkkizinin qəza və hərbi xidmətə aidiyyəti olmayan hadisələrlə bağlı olduğu bildirilmişdi.

Daha 5 ölüm hadisəsinin isə intihar və ya hərbçilər arasında silahlı mübahisə zəminində baş verdiyi deyilirdi.

Əsgərlər arasında atışma hadisələri ölkədə geniş hiddətə səbəb olmuş, ordu sıralarına təzə səfərbər olunanların qısnanması problemini gündəmə gətirmişdi.

"Dedovşina"

Ermənistan ordusu baş qərargahının rəisi general-leytenant Artak Davtian fevralın 18-də ordu sıralarındakı “bu cinayətkar mühitin” aradan qaldırılması səyləri barədə parlament qarşısında hesabat vermişdi.

O bildirmişdi ki, bu xoşagəlməz hallarla bağlı komandanlıqda dəyişikliklərin edilməsi gözlənilir.

Davtian demişdi ki, bu ay qeyri-döyüş şəraitində əsgər ölümləri ilə bağlı bir çox zabitlər ordudan qovulub və ya rütbələri aşağı salınıb.

O ümid etdiyini bildirmişdi ki, hərbi prokurorluq bu ölüm hallarını ayrı-ayrılıqda araşdıracaq və günahı olanları məsuliyyətə cəlb edəcək.

Baş nazir Nikol Pashinian fevralın 18-də demişdi ki, 2019-cu ildə Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölümlərin sayı rekord səviyyədə azalıb.

XS
SM
MD
LG