Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:05

Pashinian yenə də ‘Qarabağ və xəyanətdən’ danışıb


Nikol Pashinian Facebook-da canlı efirdə
Nikol Pashinian Facebook-da canlı efirdə

“Dağlıq Qarabağ tənzimlənməsində qəsdlər istisnadır”.

AzadlıqRadiosu Erməni xidmətinin məlumatına görə bunları ölkənin baş naziri Nikol Pashinian noyabrın 3-də öz Facebook vasitəsilə canlı efirdə deyib:

“İndi dövriyyəyə belə bir söhbət buraxıblar ki, hökumət və şəxsən mən - baş nazir güzəştə getməyə, üzr istəyirəm torpaqları təhvil verməyə razılaşmırıqsa, bu o deməkdir ki, danışıqlar dalana düşüb. Odur ki, adamları müharibə ilə qorxudurlar, bu söhbətləri maliyyələşdirirlər, təbliğat aparırlar və sair”.

Nikol Pashinian deyib ki, ümumilikdə Ermənistan-Azərbaycan münasibətlərində həmişə təhlükələr olub, amma bu o demək deyildir ki, bugün təhlükələr bir neçə il əvvəl olduğundan çoxdur:

“Əksinə əgər indi sərhəddə monitorinq keçirsək, görərərik ki, son ilyarımda gərginliyin kəskin və əhəmiyyətli şəkildə azalması baş verib. Və bu azalma Düşənbədəki məlum müzakirələrin kontekstində baş verib. Bu o demək deyildir ki, gərginlik yoxdur. Təəssüf ki, gərginlik ümumilikdə xeyli düşübsə də, o var və davam edir və əfsus ki, bugün də qurbanlar veririk. Heç kim də demir ki, biz Qarabağ münaqişəsinin dinc tənzimlənməsinə nail olmuşuq. Digər tərəfdən, nə qədər qəribə görünsə də, deməliyəm ki, danışıqlar prosesində çox maraqlı dinamika var və mən nikbinəm ki, bu, davam edir”.

Baş nazirin dediyinə görə, danışqılar o məntiqlə aparılır ki, məsələnin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olsun.

Pashinian-ın fikrincə, qərarlar hətta referendumun keçirilməsi də daxil, “ümummilli formatda” qəbul edilməlidir ki, erməni xalqı üçün məqbul olsun.

Baş nazir Ermənistan və Dağlıq Qarabağ hakimiyyətləri arasında fikir ayrılığı olmasına dair “şayiələri” inkar edib.

O deyib ki, “Artsax (Dağlıq Qarabağ – red) probleminin tənzimlənməsi problemi barədə Ermənistan və Artsaxın təsəvvürü oxşardır”.

"Mən o qədər kütbeyin xəyanətkarammı ki?.."

Azatutyun yazır ki, Pashinian habelə Dövlət Mühafizəsi Xidmətinin rəisi Grigory Ayrapetovun istefasına, o cümlədən onun guya Düşənbədə liftdə Pashinian və Əliyevin qəsd hazırlaması barədə söhbəti eşitməsinə dair şayiələrə də toxunub:

“Bunu tam ciddi şəkildə dövriyyəyə buraxıblar. Deməli, təsəvvür edin, əgər qəsd varsa da, mən o qədər səriştəsiz, kütbeyin xəyanətkaram ki, birincisi, Əliyevlə elə ilk söhbətdəcə qəsdə girişirəm və bunu Robert Kocharyanın və Serzh Sarkisianın 10 il stajı olan cangüdəninin yanında edirəm. Başa düşürsünüz də? Cəmi dörd aydır tanıdığım adamın yanında...Amma bu lap əgər belədirsə də, mən onda bundan sonra onu işdən çıxarmalı yox, yanımda bərk saxlamalıydım ki, onun susmasını təmin edim. Axı o azad insan olandan sonra, harda istəsə, nə istəsə deyə bilər. Bu təbliğatın müəllifləri, bildiyiniz kimi, sizə məlum keçmiş dairələrin nümayəndələridir”.

Nikol Pashinian (sağda) və İlham Əliyev ötən il MDB-nin Düşənbə sammitində
Nikol Pashinian (sağda) və İlham Əliyev ötən il MDB-nin Düşənbə sammitində

Pashinian ölkə generalitetini gözdən saldığına dair söbətlərdən də danışıb:

“Elə cinayət işləri var ki, burada generalların adı keçir. Amma biz sizinlə razılaşmamışdıqmı ki, Ermənistanda qanun qarşısında hamı bərabər olmalıdır? Məgər biz elə bir cəmiyyət, elə bir situasiya istəyirik ki, general və ya nazir statusu kiməsə maneəsiz istədiyini etmək imkanı versin?”

Pashinian deyib ki, hazırda Qarabağda da generalitetinin formalaşdırılması prosesi gedir.

Baş nazir bu yaxınlarda Ermənistan hökumətinin Dağlıq Qarabağa etdiyi maddi yardım barədə təfərrüatlı məlumat verəcəyini vəd edib.

XS
SM
MD
LG