Ermənistanın baş naziri Nikol Pashinian əmin olduğunu bildirib ki, onunla söhbətdən sonra Moskvanın, erməni inqilabı və Ermənistan hökumətinin Rusiya siyasətinə dair narahatlıqları aradan qalxacaq.
Ermənistan baş naziri mayın 11-də Rossiya 24 telekanalına Yerevanda verdiyi müsahibədə deyib: “Yerevan və Moskva arasında münasibətlər dəyişəcək, lakin yaxşıya doğru. Mən bundan praktik baxımdan əminəm. Mən bilirəm ki, Moskvada narahatlıq var və düşünürəm ki, söhbətlərimizdən və görüşlərimizdən sonra narahatlıqlar qalmayacaq və Ermənistan-Rusiya münasibətləri yaxşıya doğru dəyişəcək”.
O qeyd edib ki, bəziləri Ermənistan-Rusiya münasibətlərinin onsuz da yaxşı olduğunu və nəyisə dəyişməyə ehtiyac olmadığını vurğulayırlar:
“Amma mən əminəm ki, burada həm iqtisadi, həm də siyasi mənada böyük potensial var”.
Rusiya jurnalisti xatırladıb ki, Pashinian-ın parlament fraksiyası özünün qərbyönlü və avropayönlü baxışları ilə tanınır.
Pashinian deyib: “Düşünürəm ki, bu düzgün interpretasiya deyil, çünki mən həmişə demişəm ki, mən nə qərbyönlü, nə rusiyayönlü, nə də amerikayönlüyəm. Mən erməniyönlü siyasi xadiməm”.
Baş nazir xatırladınb kli, o , indi heç bir partiya və ya fraksiyanı yox, bütün erməni xalqını və xalq hərəkatını təmsil edir.
Onun sözlərinə görə bu hərəkat qarşısına heç bir xarici siyasət məqsədləri qoymayıb.
Pashinian əmin edib ki, Ermənsitanın xarici siyasət strategiyası dəyişməyəcək.
Bununla yanaşı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İttifaqındakı üzvlüyünün gələcəyi barədə suala cavab verərkən Pashinian deyib ki, “burada Ermənistanın bir çox sualları var və Yerevan bu sualları sözü gedən təşkilatlardakı partnyorları ilə müzakirə edəcək”.
O deyib: “Zənnimcə çox yaxşı olardı ki, Rusiya ilə yanaşı, Qazaxıstan və Belarus da dəqiqləşdirsinlər ki, bu təşkilatlar praktikada nə deməkdir”.
Amma Pashinian bunu da vurğulayıb ki, Rusiya ilə partnyorluq Ermənistanın milli və milli təhlükəsizlik marağındadır.
Diqqəti çəkən budur ki, Pashinian-la 21 dəqiqəlik müsahibədə Qarabağ münaqişəsi məsələsinə toxunulmur.
Hər halda Rossiya 24 kanalının “Mneniye” proqramının aparıcısı Evelina Zakamskayanın sosial şəbəkələrdə yayılmış verilişində bu məqam yoxdur.