Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

Paşinyan KTMT-yə niyə müraciət etmədiyinə aydınlıq gətirdi


Nikol Paşinyan
Nikol Paşinyan

“KTMT tarixində ilk olaraq çevik reaksiya mexanizmi tətbiq elədi. Bu, Ermənistan üçün yaxşıdır, ya pis? Bəli, yaxşıdır”, – Paşinyan vurğulayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il Azərbaycanla sərhəddə qarşıdurma zamanı KTMT-yə müraciət etməməsinin səbəbini açıqlayıb. “RİA Novosti” bunun parlamentdə hökumət saatında baş verdiyini yazır.

Mayda və noyabrda sərhəddə vəziyyətin kəskinləşdiyi vaxt Ermənistanın KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) rəsmi müraciət etməməsilə bağlı tənqidlərə cavabında Paşinyan deyib ki, qurumun nizamnaməsində onun siyasi və diplomatik metodlarla hərəkət etdiyi yazılıb. “KTMT – ordu deyil”, – Paşinyan bildirib.

Çevik reaksiya mexanizmi

Onun sözlərinə görə, Ermənistan 2022-ci ildə KTMT-yə sədrlik zamanı çevik reaksiya və böhran vəziyyətlərinə reaksiya mexanizmlərinin təkmilləşdirilməsinə çalışacaq.

Baş nazir deyib ki, KTMT-nin tarixdə ilk dəfə olaraq Qazaxıstanda tətbiq etdiyi çevik reaksiya mexanizmləri Ermənistan üçün faydalıdır.

“KTMT tarixində ilk olaraq çevik reaksiya mexanizmi tətbiq elədi. Bu, Ermənistan üçün yaxşıdır, ya pis? Bəli, yaxşıdır”, – Paşinyan vurğulayıb.

Xarici işlər naziri Ararat Mirzoyan da qeyd edib ki, müttəfiqlərin müdaxiləsinə zərurət yarananda ilk növbədə siyasi mexanizmlərdən istifadə olunur, onlar mümkün olmayanda isə konsultasiyalar, “meydanda” fəaliyyət nəzərdə tutulub. “Problemlərin həlli üçün bu istiqamətdə irəliləməyə ümid edirik”, – Mirzoyan söyləyib.

Xatırlatma

Ötən ilin mayında Ermənistan Azərbaycanın onun ərazisinə girdiyini bəyan eləyib. Azərbaycan isə yalnız sərhəd mövqelərini möhkəmləndirdiyini bildirib. O zaman Paşinyan Sünikdə Qara göl yaxınlığına yerləşmiş qüvvələrin Ermənistanın 41 kv kilometrə yaxın ərazisinə nəzarət etdiyini deyirdi.

Noyabrda isə Ermənistan sərhədinin şərq hissəsində vəziyyət gərginləşib. Hər iki tərəf itki verib.

Yanvarın əvvəlində Qazaxıstanda maye qazın bahalanmasına etirazlar ölkəyə yayıldı, Almatı daxil, bəzi yerlərdə zorakılıqla müşahidə olundu. Prezident Kasım Jomart Tokayev Rusiyanın idarə etdiyi KTMT qüvvələrini ölkəyə dəvət etdi. Noyabrın 19-da qüvvələrin artıq Qazaxıstandan çıxarıldığı açıqlanıb.

XS
SM
MD
LG