Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:47

Paşinyan: 'Sülh sazişi olacaq'


Nikol Paşinyan hökumətin iclasında
Nikol Paşinyan hökumətin iclasında

Azərbaycan XİN Nikol Paşinyanın fikirlərinə münasibət bildirib

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin iclasında Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Hacızadənin sözlərinə görə, Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının Azərbaycan tərəfindən üçtərəfli bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir:

“Eynilə, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin “hüquq müdafiəçisi” kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur.”

Hacızadə hesab edir ki, Ermənistanın həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından əl çəkmək niyyəti varsa “təcavüzkar ritorikadan” imtina etməlidir:

“Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır".

Bu il mart ayının 1-də Azərbaycan Qarabağ erməniləri ilə görüş keçirildiyini açıqlayıb. Rəsmi açıqlamaya görə, görüşdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin "Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr" aparılıb.

Amma tanınmayan qurumun təmsilçiləri isə görüşdən sonra demişdilər ki, həmin müzakirələrdə reinteqrasiyadan danışılmayıb.

***

Sülh sazişi olacaq və indiyədək yüksək səviyyədə əldə olunmuş yazılı sənədlərə əsaslanacaq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 23-də hökumətin iclasında deyib.

“Bizimi işimizə gəlincə, Ermənistan hökuməti və ictimaiyyəti gündəlik quruculuq işiylə məşğul olmalıdır – tikməli, islahat aparmalı, rifah yaratmalı, təhlükəsizlik sistemini möhkəmləndirməlidir. Biz bircə dəqiqə də olsun, inkişaf, Ermənistanın və demokratiyamızın gücləndirilməsi yolundan geri çəkilməməliyik”, – Paşinyan bildirib. O, Azərbaycanın vəziyyəti yeni hərbi eskalasiyaya apardığını iddia edib.

Paşinyan bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə əldə olunmuş razılaşmaları pozmasının cəzasız qalması onu yeni provokasiyaları təhrik edir. Baş nazir martın 22-də Ermənistanın hərbi qulluqçusunun Azərbaycan tərəfdən snayper atəşi ilə öldürüldüyünü qeyd edib.

Azərbaycanın Müdafiə Nazirliyi isə bu insidentdə əli olmadığını bildirib. Rəsmi Bakı indiyədək Yerevanın provokasiya ilə bağlı iddialarını rədd edib, əksinə, Ermənistanın sülh prosesini pozduğunu açıqlayıb.

Müxalifət Paşinyandan sülh sazişi ilə bağlı yeni təkliflərin mətnini tələb edir
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Paşinyan 44 günlük müharibə nəticəsində Qarabağın Talış kəndindən ermənilərin qovulduğunu, ermənilərə məxsus evlərin söküldüyünü, onların yerinə azərbaycanlılar üçün yeni evlər tikildiyini bildirib. Baş nazir bunu Azərbaycanın etnik təmizləmə və soyqırımı aparmasına fundamental dəlil adlandırıb.

Paşinyan Azərbaycan hakimiyyətinin bununla özünün “inteqrasiya” modelini göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, Bakı qədim erməni abidələrindən erməni yazılarını pozur və məsələni həll olunmuş sayır. Paşinyan deyib ki, bu qanunsuz hərəkətlər 2020-ci ilin 9 noyabrında imzalanmış üçtərəfli atəşkəs bəyanatının 7-ci bəndinə ziddir. Həmin bənddə məcburi köçkünlər və qaçqınların Qarabağa və ətraf rayonlara qayıdışı nəzərdə tutulub.

Delimitasiya hansı xəritə üzrə aparılsın

Paşinyan Azərbaycanla sərhədlərin Bakının təqdim etdiyi tarixi xəritələr əsasında delimitasiyasına qarşı çıxıb. Onun sözlərinə görə, Azərbaycanın bu tələbi Praqa və Soçidə əldə olunmuş yazılı razılaşmalara ziddir:

“Praqa və Soçi bəyanatlarında təsbit edilib ki, sovet respublikalarının sərhədləri dövlət sərhədlərinə çevrilib. Azərbaycan isə delimitasiyanın hansısa tarixi xəritələr əsasında aparılmasından danışır, bu çox sadə prinsipə görə – yüksək səviyyədə əldə olunmuş yazılıq razılaşmalara zidd olduğuna görə qətiyyən qəbuledilən deyil”.

Azərbaycan hələlik, Ermənistan baş nazirinin bugünkü bəyanatlarına münasibət açıqlamayıb. Daha öncəki açıqlamalarda isə qeyd olunub ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlarda delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Həmin görüşlərdə delimitasiyanın hansı xəritə əsasında aparılması barədə hər hansı bir müddəa olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur, Azərbaycan XİN bildirib.

Xankəndi sakinləri beynəlxalq aləmdən şikayətlənir
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Blinken də nikbindir

ABŞ-ın Dövlət katibi Entoni Blinken (Anthony Blinken) də hesab edir ki, Azərbaycanla Ermənistan tezliklə sülh sazişi imzalaya bilərlər. Martın 22-də konqresdəki komitə dinləmələrində çıxış edən Blinken deyib: “Düşünürəm ki, imkan var, şişirtmək istəmirəm, ancaq sülh sazişinin hazırlanmasını faktiki yekunlaşdırmağa şərait yaradacaq bir imkandır”.

Blinken Münxen konfransında Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü, iki ölkənin xarici işlər nazirlərinin bu yaxınlarda Vaşinqtonda olduğunu yada salıb. “Onların qayıtmasını gözləyirəm. Biz sazişin mətni üzərində işlədik”, – Blinken bildirib.

Amerikalı diplomatın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə fəal məşğul olur, tərəflərin “Bakıyla Yerevanın münasibətlərini normallaşdıracaq”, eyni zamanda “Dağlıq Qarabağda etnik ermənilərin hüquqları və müdafiəsini”, “sərhədlərin demarkasiyasını” əhatələyəcək sülh sazişi əldə etməsinə çalışır.

“Laçın dəhlizindəki real problemlər”ə toxunan Blinken deyib ki, Azərbaycana dəhlizin açılması üçün təzyiq göstərir, “bunun üzərində işləyirik”.

Özünü ekofəallar adlandıran bir qrup azərbaycanlı 100 gündən çoxdur Laçın dəhlizində aksiya keçirir. Rəsmi Bakı yolun humanitar məqsədlər üçün açıq olduğunu deyir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG