Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:07

Paşinyan: Yaxın 5 ildə Xarici Kəşfiyyat Xidməti yaradılacaq


Ermənistanın baş naziri Nikol Paşinyan 29 aprel, 2021
Ermənistanın baş naziri Nikol Paşinyan 29 aprel, 2021

Yaxın 5 ildə Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq.

AzadlıqRadiosu Ermənistan xidmətinin avqustun 18-də verdiyi məlumata görə, bunu Ermənistanın baş nazir Nikol Paşinyan həmin gün hökumətin iclasında 2021-2026-cı illər üçün hökumət proqramını təqdim edərkən deyib.

Paşinyanın sözlərinə görə, Ermənistanda minimum əməkhaqqı təxminən 176 ABŞ dolları səviyyəsində müəyyən ediləcək.

Sonuncu dəfə Ermənistanda minimum əmək haqqı 2020 -ci il yanvarın 1 -də qaldırılmışdı. Həmin vaxt minimim əməkhaqqı 114 dollardan 141 dollara qaldırılmışdı.

Paşinyanın sözlərinə görə, yaxın 5 ildə Ermənistanda 300 məktəb və 500 uşaq bağçası tikiləcək və ya təmir ediləcək.

O, həmçinin qeyd etdi ki, bütün ailələrdə 6 yaşdan kiçik hər üçüncü və sonrakı uşağa hər ay 103 dollar veriləcək.

Ermənistan iqtisadiyyatı çökür? - Erməni ekspertlər real durumu anladır
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Hökumətin 2021-2026 -cı illər üçün nəzərdə tutulmuş proqramında, 2026-cı ilə qədər orta illik iqtisadi artımın 7%, əlverişli xarici şəraitdə isə 9% olması planlaşdırılır.

Proqramda həmçinin 2026 -cı ilə qədər ölkədə yoxsulluğun səviyyəsini təxminən yarıbayarı azaldaraq 10% ə çatdırılması nəzərdə tutulur.

Ermənistan Konstitusiyasına görə, yeni hökumət formalaşdıqdan sonra, 20 gün ərzində öz fəaliyyət proqramını parlamentin təsdiqinə təqdim etməlidir.

XS
SM
MD
LG