Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:11

Paşinyan yenə ‘dəhlizdən’ danışıb


Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasının yekun mitinqi
Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasının yekun mitinqi

Baş nazirliyə namizəd Nikol Paşinyan və onun “Vətəndaş müqaviləsi” partiyası Yerevanın mərkəzindəki Respublika meydanında seçkidən əvvəl yekun mitinqini keçirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu mitinqdə etdiyi çıxışında Paşinyan ölkənin gələcəyinə dair baxışlarını paylaşıb.

O deyib ki, bu gələcəyin birinci sütunu təhlükəsizlik, ikinci sütunu iqtisadiyyat, üçüncü sütunu hüquq və ədalət, dördüncü sütunu isə insan kapitalıdır:

“Təhlükəsizlik insan kapitalının inkişafına diqqət yetirilməsinə imkan verir. İnsan kapitalının inkişafı isə hüquq və ədalətin səviyyə və standartlarının yüksəlməsinə şərait yaradır. Hüquq və ədalətin səviyyə və standartları iqtisadi inkişafa yeni imklanlar açır”.

Baş nazirliyə namizəd izdihamlı mitinqə müraciətlə deyib ki, hökumət tezliklə Rusiya və İranla dəmir yolu əlaqəsinin təminatını planlaşdırır.

“Dəhliz məntiqi”

Paşinyan bir daha “dəhliz” məsələsinə toxunub və deyib ki, onun hökuməti “heç nəyi dəhliz məntiqi çərçivəsində müzakirə etməyib, etmir və etməyəcək”.

O Azərbaycan və Türkiyənin Ermənistandan keçən dəhliz əldə edəcəyinə dair bəyanatlarını “absurd” adlandırıb:

“Bu o deməkdir ki, biz kommunikasiyaların açılması kontekstində hər hansı suveren ərazinin statusunun dəyişdirilməsini istisna edirik”.

Azatutyun yazır ki, son rəy sorğularına görə erkən parlament seçkisi yarışında iki qüvvə liderlik edir.

Bunlar Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası və keçmiş prezident Robert Koçaryanın başçılıq etdiyi “Hayastan” blokudur.

Bu iki blok iyunun 18-də Respublika meydanında yekun mitinqi keçriməyi planlaşdırırdı.

Lakin Paşinyan deyib ki, mitinqçilər arasında mümkün toqquşmaların baş verməməsi üçün öz mitinqinin gününü dəyişir.

İyunun 18-i seçkiqabağı kampaniyanın son günü olacaq. İyunun 19-u “sakitlik günü” elan edilib.

XS
SM
MD
LG