Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:42

“Kosmosdan zəng edirəm”... "Bağışlayın səhv düşmüsünüz...”


Tim Peake
Tim Peake

Hazırda Beynəlxalq Kosmik Stansiyada (BSK)olan Britaniya kosmonavtı Timothi Peaka-in kosmosdan evə etdiyi zəng başqa nömrəyə gedib

Hazırda Beynəlxalq Kosmik Stansiyada olan Britaniya kosmonavtı Timothy Nigel Peake Yer kürəsində səhvən zəng etdiyi qadın abonentdən üzr istəyib.

Kosmonavt bu barədə özünün Twitter mikrobloqunda yazıb.

O öz evinə zəng edərkən səhvən başqa nömrəyə düşəcəyini ağlına da gətirmədən şəstlə deyib: “Salam, bura Yer planetdir?” Cavab kosmos səyyahını əməlli-başlı duruxdurub: “Siz səhv düşmüsünüz!..”

Soyuz TMA-19M Baykonur kosmodromundan start götürüb
Soyuz TMA-19M Baykonur kosmodromundan start götürüb

Kosmonavt Peake ingilislərin ən ən əziz bayramı – Milad ərəfəsində ailəsini və valideylərini təbrik etmək, hal-əhval tutmaq üçün zəng edirdi. Sonradan bəlli olub ki, onlar evdə deyilmişlər. Kosmonavt telefonda mesaj buraxıb.

O səhvən zəng etdiyi abonentdən isə bir daha açıq şəkildə Twitter vasitəsilə üzr istəyib.

Peake BSK-nın göyərtəsində ilk Britaniya kosmonavtıdır. Lakin ondan əvvəl kosmosda başqa bir britaniyalı – doktor Helen Sharman olmuşdu. O kosmosa 1991-ci ildə sovet orbital stansiyası “Mir” gəmisinin göyərtəsində uçmuşdu.

Gagarin-in kitabı ilə

Britaniyada ölkənin ikinci kosmonavtı ilə fəxr edirlər. O kosmosa start götürdüyü gün bir çox britaniyalılar işlərini buraxaraq canlı efirdə raketin qalxmasına tamaşa edirdilər.

Peake kosmosda oxumaq üçün özü ilə ilk sovet kosmonavtı Yuri Gagarin-in “Ulduzlara gedən yol” kitabını aparıb

​Kosmonavt həmvətənlərindən xahiş etmişdi ki, Milad gecəsi (25 dekabr) səmaya diqqətlə baxsınlar, ola bilsin ki, kosmik gəmini görə bilərlər.

Britaniya Kral Astronomiya Cəmiyyəti isə bildirib ki, BSK həqiqətən də Milad gecəsi alçaqdan uçacaq və yəqin ki, qərbdən şərqə sürətlə uçan ulduzu xatırladacaq.

Rusiyanın TASS agentliyi yazır ki, Peake kosmosda oxumaq üçün özü ilə ilk sovet kosmonavtı Yuri Gagarin-in “Ulduzlara gedən yol” kitabını götürüb.

Bu kitabı ona məhz doktor Sharman bağışlamışdı. O da həmin kitabı özü ilə kosmosa aparmışdı.

Timothy Peake və ekipaj Yerə 2016-cı il, iyunun 5-də qayıdacaqlar.

XS
SM
MD
LG