Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:18

Ekspert: 'Büdcə 3 milyard artsa da, pensiyalar 2 manat arta bilər' [video]


Gələn il kimlərin maaşı arta bilər?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Gələn il kimlərin maaşı arta bilər? [A-Live]

Gələn ilin dövlət büdcəsi layihəsinə görə, kimlərin maaşı, pensiyası artacaq?

Maliyyə nazirliyi layihəni açıqlayıb, sənədi təhlil edən iqtisadçılar dövlət maaşına baxanların gəlirinin cüzi artacağını deyirlər.

Gələn ilin büdcəsinin mənzərəsi

2018-ci ildə büdcə gəlirləri təqribən 20,1 milyard manat, xərcləri isə 20 milyard manat arta bilər.

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Rəşad Həsənov deyir ki, bu artım neft gəlirləri hesabınadır. Belə ki, Beynəlxalq maliyyə qurumları gələn il neftin bir barrelinin qiymətinin 50 dollar olacağını gözləyir, Azərbaycan dövlət büdcəsinin gözləntisi isə 45 dollardır. Bu ilki proqnoz 40 dollar idi.

Beləliklə, neft proqnozlaşdırılan qiymətdən ucuz satılmasa, büdcənin gəliri builkindən təqribən 3 milyard manat, xərcləri isə bu ilkindən 2 milyard manat çox ola bilər.

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

Sosial və İqtisadi İnkişaf Mərkəzinin iqtisadi təhlilçisi Rəşad Həsənov hesablayıb ki, 2 milyardlıq xərcdə sosial xərclərin artımının payı ortalama 104 milyon manatdır.

Rəşad Həsənov
Rəşad Həsənov

Bura sosial müavinətlər, pensiyalar, büdcə təşkilatlarının əməkhaqları aiddir.

İqtisadçı deyir ki, büdcə layihəsində səhiyyə, mədəniyyət və s. işçilərinin əməkhaqlarının artması barədə hansısa izə rast gəlinmir, odur ki, indiki layihə təsdiqlənərsə, əksər büdcə işçilərinin maaşında artım gözlənilmir:

"Biz müşahidə edirik ki, dövlət büdcəsinin artım tempi ilə sosial xərclərin artım tempi uzlaşmır. 2017-ci ildə büdcənin 40 faizindən artığı sosial xərclərə aid idisə, 2018-ci ildə bu daha az göstəricidir, 36,6 faizdir".

Buna da bax: Təkcə yükdaşımalardan Azərbaycan yarım milyard dollar qazana bilər

Bəs camaat nə fikirləşir, dövlət maaşıyla dolanmaq olurmu, maaş nəyə çatır?

Dövlət maaşına necə dolanmaq olur?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Amma gələn il bəzi müəllimlərin maaşları arta bilər. Maliyyə Nazirliyinin açıqladığı sənəddə deyilir ki, gələn il 26 rayonda diaqnostik qiymətləndirmə keçiriləcək, bunun üçün dövlət büdcəsində 70,6 milyon manat nəzərdə tutulub.

Diaqnostik qiymətləndirmədən sonra müəllimlərin maaşı ortalama 50 manat civarında artıb. AzadlıqRadiosu-na əvvəllər müsahibə verən müəllimlər bu qədər pulun da onlara artan qiymətlər fonunda çatmadığını deyirlər.

Buna da bax: Manatla əmanətlər niyə artır? [şərhlər]

İndiyə qədər pensiyalar inflyasiyaya uyğun indeksləşdirilirdi.

İqtisadi təhlilçi Rəşad Həsənov deyir ki, bu ilin martında pensiya haqqında qanun dəyişib, gələn ildən pensiyalar orta aylıq əmək haqqının artım tempinə uyğun artırılacaq. beləliklə, əvvəlki illərdə pensiyaya çıxan, məsələn, 150 manat alan pensiyaçının təqaüdü 2 manat arta bilər.

"Turan" agentliyinin hesablamasına görə, təkcə kərə yağı sentyabr-oktyabr aylarında təqribən 23 faiz, kartof az qala yarıbayarı – 40 faiz bahalaşıb.

Buna da bax: Camal kişi: 'Qocalanda heç kimə möhtac qalmamaqçün mənim kimi yaşa'

Rəsmi statistikaya görə isə bu ilin 9 ayında ərzaq məhsulları 18 faiz bahalaşıb.

Bakıda, pensiyaçı Nəcəf Aydəmirov deyir ki, o, yeməyə pul çatdıra bilmir:

"Hər nə alsam, ondan gərək 200-250 qram alam. Başqa cür mümkün deyil. Ətdən kəsirəm, ayda bir dəfə yesəm yaxşıdır. Yumurta bahadır. Ümumiyyətlə hər şey bahadır. Allah Milli Məclisdə oturanların ürəyinə insaf salsın. Dövlətli dövlətdir, gərək pensiyaları, maaşları artırsınlar".

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

Milli Məclisdə isə 2018-ci ilin büdcə layihəsini gələn həftə iqtisadi komitədə, noyabrda ümumi iclasda müzakirəyə çıxaracaqlar.

Məclisdə, hakimiyyətin siyasətini sərt tənqid edən, etiraz mitinqlər keçirən ənənəvi müxalifət partiyaları təmsil olunmur. Ona görə adətən dövlət büdcəsinin layihəsi üstündə uzun mübahisələr olmadan parlamentdə təsdiqlənir.

XS
SM
MD
LG