Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:25

Pentaqon Ukraynaya 820 milyon dollarlıq yeni yardım elan etdi


Pentaqonun binası
Pentaqonun binası

Sayca 14-cü yardım paketinə iki hava hücumundan müdafiə qurğusu, HIMARS yaylım atəşli raket sistemləri üçün əlavə sursat daxildir

Birləşmiş Ştatların Müdafiə Nazirliyi iyulun 1-də Ukraynaya 820 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edib.

Sayca 14-cü yardım paketinə iki hava hücumundan müdafiə (HHM) qurğusu, HIMARS yaylım atəşli raket sistemləri üçün əlavə sursat daxildir.

Vaşinqton bunların Kiyevə çatdırılmasına iyun ayından başlayıb.

Bundan başqa yardım paketinə 155 mm çaplı artilleriya topları üçün 150 min mərmi və dörd dəst antiartilleriya radarları daxildir.

Pentaqonun bəyanatında deyilir:

"Birləşmiş Ştatlar və onun müttəfiqləri Ukraynanın döyüş meydanında dəyişən ehtiyaclarının təminatı üçün birlikdə işləyirlər”.

Norveçin xüsusi xidməti

Pentaqonda Norveçlə əməkdaşlığın əhəmiyyəti xüsusilə qeyd olunub.

Norveç Ukraynanın “Rusiyanın qəddar hava hücumlarından müdafiəsi” üçün Kiyevə NASAMS hava hücumundan müdafiə sistemləri verəcək.

Bu paketi də nəzərə almaqla Rusiyanın Ukraynaya təcavüzü başlanandan bəri ABŞ Ukraynaya 7 milyard dollarlıq hərbi yardım göstərib.

Norveç iyulun 1-də bəyan edib ki, Ukraynanın müdafiə ehtiyacları üçün 1 milyard avro ayıracaq.

Bəyanatda deyilir ki, bu vəsait həm də Ukraynanın bərpa işlərinə xərclənəcək.

Bu barədə bəyanatla Kiyevdə səfərdə olan Norveç baş naziri Yonas Qar Styore çıxış edib.

Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında baş nazir deyib ki, Norveç “ölüm-dirim mübarizəsi” aparan Ukrayna ilə həmrəydir.

XS
SM
MD
LG