Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 12:46

Artıq dronlara ehtiyac qalmayacaq. Peykdən hər şeyi görmək mümkündür


İllüstrasiya
İllüstrasiya

Belə getsə, kosmosdakı peyklər vasitəsilə Yerdə insanların burnunu eşməsini də görmək mümkün olacaq.

Ya da çimərlikdə uzanıb istirahət edənlərin əzalarını...

Britaniyada bir start-up şirkəti özünün VividX2 peyki vasitəsilə əldə etdiyi yüksək dəqiqliyə malik rəngli görüntüləri paylaşıb.

Şirkət bildirir ki, yeni texnologiya dünyanın istənilən yerində küçələrdə maşınların hərəkətini aydın izləməyə imkan verir.

Buna da bax: Norveçdə 'Gələcəyin şəhəri'ni tikirlər

Bundan başqa peyk nəyi izləyirsə, onun 3D modelini də göstərə bilir.

Şirkət deyir ki, bu texnologiya təbii fəlakətlərlə mübarizədə ciddi dönüş edə biləcək.

Məsələn qasırğaların yaşayış məskənlərinə, evlərə nə qədər ziyan vurduğunu daha asan müəyyən etmək mümkün olacaq.

Hazırda xilasetmə xidmətləri belə işlər üçün dronlardan istifadə edir.

Amma bundan sonra peyk görüntülərindən istifadə edərək canlı qüvvəni və texnikanı təbii fəlakətin konkret bölgələrə nə dərəcədə ziyan vurduğu haqda ilkin məlumat əsasında paylaşdıra biləcəklər,

Və əlbəttə ki, yeni texnologiyadan hərbi sahədə də istifadə edilməsi mümkündür.

Buna da bax: 22-ci əsr üçün 5 proqnoz

XS
SM
MD
LG