Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:10

Şirkətlər vaksinlərin uşaqlar üçün təhlükəsiz və effektli olduğunu deyir


İllüstrativ foto
İllüstrativ foto

Şirkətlərin sentyabrın 28-də bildirməsinə görə, sınaqlar vaksinin 5-11 yaşlılar üzərində təhlükəsiz və effektli olduğunu göstərib

ABŞ-ın Pfizer şirkəti almaniyalı tərəfdaşı BioNTech ilə birlikdə COVID-19 vaksinlərinin uşaqlar üzərində istifadəsinə dair ABŞ-ın Qida və Dərman Administrasiyasına (FDA) ilkin datanı təqdim edib.

Şirkətlərin sentyabrın 28-də bildirməsinə görə, sınaqlar vaksinin 5-11 yaşlılar üzərində təhlükəsiz və effektli olduğunu göstərib.

Avropa və digər ölkələrdə də müraciət olunacaq

Hazırda Birləşmiş Ştatlarda ikidozalı Pfizer vaksini yaşı 12 və daha yuxarı olanlara vurulur.

Şirkətlər bir neçə həftəyə təcili istifadə üçün FDA-ya müraciət edəcəklərini bildiriblər. Bu müraciət veriləndən sonra ABŞ tənzimləyici orqanları və səhiyyə rəsmiləri vaksinin uşaqlarda istifadəsilə bağlı qərar verməlidir. Oxşar müraciətin Avropa və digər ölkələrdə də təqdim olunacağı planlaşdırılır.

Uşaqların koronavirus vaksinlərinə çıxışı pandemiyanın kökünün kəsilməsi və dünyanın normal həyata qayıtması üçün vacib sayılır.

Mövcud data uşaqlarda COVID-19 simptomlarının çox da güclü olmadığını göstərsə də, virus dünyada məktəblərin bağlanması ilə sonuclanıb, valideynlərin yükünü artırıb.

Braziliya, Kosta Rika

Bu arada Braziliya yaşı 60-dan yuxarı vətəndaşlarım hamısına COVID-19 vaksininin gücləndirici dozasını vurmağa başlayıb.

Kosta Rika isə dövlət işçilərinin hamısı üçün COVID-19 vaksinini vacib elan etməklə Latın Amerikasında belə bir qayda qoyan ilk ölkəyə çevrilib. Səhiyyə Nazirliyinin məlumatına görə, özəl şirkətlər də vaksini məcburi edə biləcəklər.

Xorvatiya isə səhiyyə və sosial xidmət sektorları işçilərindən vaksin vurdurmağı, yaxud COVID-19-a qarşı mənfi test tələb etməyə başlayıb.

Oksford Universitetinin yeni araşdırması siqaret çəkənlər arasında COVID-19-dan xəstəxanaya yerləşdirilmə və ölüm hallarının çəkməyənlərə nisbətən 80 faiz yüksək olduğunu üzə çıxarıb.

“Siqaret sizin COVID-19-u ağır keçirmək riskinizi artırır, siqaret necə ki sizin ürək xəstəliyi, müxtəlif növ xərçəngə tutulma riskinizi artırır, COVID-19-la bağlı da eyni şey baş verir. Bizim nəticələr bunu güclü şəkildə ortaya qoyur”, – Oksforddan əsas araşdırmaçı Dr. Eşli Klift söyləyib.

XS
SM
MD
LG