Almaniyada poçtalyonların işini yüngülləşdirmək üçün robotdan istifadə etməyə başlayıblar.
Bad Hersfeld şəhərinin poçt işçiləri daha ağır arabanı özləri dartmayacaqlar.
Bu işdə onlara təkərli robot köməklik edəcək.
Robot poçtalyonun ayağının hərəkətlərini izləyir, poçtalyon hara gedirsə, həmin marşrutla hərəkət edir. Poçtalyon dayanırsa, o da dayanır.
1,5 metr hündürlüyündə olan robot 150 kiloyacan yük daşıya bilir. Batareya ilə çalışır.