Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:08

Zelenskinin müşaviri: 'Krım körpüsü qanuni hərbi hədəfdir' – Qərb mediası


Krım körpüsü
Krım körpüsü

Mixaylo Podolyak deyib ki, Ukrayna 2018-ci ildə istifadəyə şəxsən Rusiya prezidenti Vladimir Putin tərəfindən verilmiş 19 kilometrlik Krım körpüsünə qanuni hərbi hədəf kimi baxır

Ukrayna xüsusi xidmətləri yaxın bir neçə ayda Rusiya ordusunun təchizat xətlərinə - sursat anbarlarına, hərbi bazalara, dəmir yolu və elektrik xətlərinə hücumlar etməyi planlaşdırır.

Bunu The Guardian qəzetinə Ukrayna prezidenti administrasiyasının müşaviri Mixaylo Podolyak deyib.

Podolyakın sözlərinə görə belə strategiyadan məqsəd logistikanı pozmaq, Rusiya qoşunlarının arasına “xaos” salmaq, onları sursatdan və zəruri təchizatdan məhrum etməkdir.

Buna baxmayaraq Ukrayna hakimiyyətində nüfuzuna görə üçüncü şəxs sayılan Podolyak Rusiyanın Krımın Saki, Cankoy və Qvardeysk məntəqələrində baş verən partlayışların Ukrayna silahlı qüvvələrinin işi olduğunu birbaşa etiraf etməyib.

Müşavir deyib ki, “diversiyaları” Krım “partizanları” da törədə bilərdilər.

Mixaylo Podolyak habelə avqustun 17-də özünün Twitter hesabından yazdığı postda Krım körpüsü ilə bağlı məsələyə toxunub:

"Beynəlxalq hüquqda təsdiq olunub: Krım Ukraynadır. Buna görə də cəfəng qanunsuz tikintinin obyekti olan bu körpünün tikintisinə Ukrayna icazə verməyib. O yarımadanın ekologiyasına ziyan vurur və bu səbəbdən də sökülməlidir. Könüllü və könlülsüz sökülməsi mühüm deyil”.

The Guardian qəzetinə müsahibəsində isə Podolyak deyib ki, Ukrayna 2018-ci ildə istifadəyə şəxsən Rusiya prezidenti Vladimir Putin tərəfindən verilmiş 19 kilometrlik Krım körpüsünə qanuni hərbi hədəf kimi baxır:

"Bu qanunsuz tikintidir və Krımdakı Rusiya ordusunun təchizatı üçün qapıdır. Belə obyektlər məhv edilməlidir”.

XS
SM
MD
LG