Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:19

Polis rəisinin özünü güllələdiyi deyilir


DİN
DİN

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi polkovnik-leytenant Rahib Mirzəyev özünü xidməti silahı ilə güllələyib. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, hadisə iyulun 9-da səhər saat 11:00 radələrində Mirzəyevin xidməti otağında baş verib.

Polis rəisinin ürək nahiyəsindən bir dəfə atəş açdığı, onun elə hadisə yerində keçindiyi bildirilir.

Məlumatı AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidməti də təsdiqləyib: "Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək".

51-yaşlı Rahib Mirzəyev uzun illər daxili işlər orqanlarında çalışmış general Sahib Mirzəyevin qardaşıdır. General 2020-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun bu orqanda sonuncu vəzifəsi nazirliyin Daxili Təhqiqatlar İdarəsinin rəisi olub.

Rahib Mirzəyev 2019-un yayından 4-cü polis bölməsinin rəisidir. Bundan əvvəl Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinin rəisi olub.

XS
SM
MD
LG