Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:36

Polis valideynləri Administrasiya qarşısına qoymayıb


Valideynlər
Valideynlər

Bu gün, noyabrın 20-də 2018-ci ilin iyulunda Gəncədə baş verən olaylara görə həbs edilənlərin bəzilərinin valideynləri Prezident Administrasiyasının (PA) qarşısında toplaşmağa cəhd göstəriblər. Onlar əvvəlcədən bildirmişdilər ki, orada aclıq aksiyasına başladıqlarını açıqlayacaqlar. Amma polis onların Prezident Administrasiyası qarşısına toplaşmasına imkan verməyib. Polislər qarşılarını kəsərək, onları metronun «İçərişəhər» stansiyasına doğru sıxışdırıb. Bu zaman bir valideynin halı pisləşib və ona yardım göstərilib.

Valideynlər deyiblər ki, uşaqları günahsızdır və onların azadlığa buraxılmasını istəyirlər. «İndi həbsdə olanlar qadınlardan, gəlinlərdən çörəkpulu gözləyirlər. Qadınlar nəylə göndərsinlər o çörək pullarını? Başsız qadınlardır...», - valideynlərdən biri deyib.

Baş verənlərə, valideynlərin səsləndirdiyi bu fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma həmin valideynlər budan əvvəl də dəfələrlə həm Prezident Administrasiyası və həm də başqa rəsmi qurumlar qarşısında toplaşaraq şikayətlərini dilə gətiriblər. Valideynlərin demələrinə görə, həmin qurumlarda qəbullar zamanı onlara şikayətlərinin araşdırılacağı haqqında vədlər verilib.

'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib.

Sonradan apellyasiya məhkəməsində cəzalar 11 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG