Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:16

Politoloq: ‘Hakimiyyətin düşünmək qabiliyyəti kif bağlayıb’


Müxalifət mitinq üçün niyə mərkəzdən uzağa göndərilir?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Müxalifət mitinq üçün niyə mərkəzdən uzağa göndərilir?

Hakimiyyət niyə müxalifətə Bakının mərkəzinə yaxın ərazilərdə mitinq keçirməyə icazə vermir?

Bir neçə müxalifət partiyası və ictimai fəalın birləşdiyi Milli Şura sentyabrın 28-də mitinq keçirmək istəyirdi.

Sentyabrın 13-də mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərmişdi. Məktubda metronun “28 May” stansiyasının qarşısındakı, Tofiq Bəhramov adına stadionun girişindəki və Nərimanov parkının önündəki meydanlarda mitinq keçirmək üçün yerlər ayrılması istənilirdi.

Amma Bakı Şəhər İcra Hakimiyyəti bu yerlərdən heç birini münasib saymayıb və Milli Şuraya mitinq keçirməsi üçün Lökbatan qəsəbəsində yer ayırıb.

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli düşünür ki, Bakının mərkəzindən uzaq qəsəbələrdən yer ayırmaqla, hakimiyyət bu mitinqlərdən qorxduğunu göstərir:

“Müraciətimizə mitinqə cəmi 1 iş günü qalmış cavab veriblər. Biz şəhərin mərkəzində mitinq üçün yerlər istədiyimizə baxmayaraq, bu variantı da əvvəlcədən müzakirə etmişdik. Şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik".

Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın sentyabrın 28-də mitinq keçirilməsi üçün təklif etdiyi yerlərə razılıq verilməməsini, əsasən təhlükəsizlik amili ilə izah edib.

İcra hakimiyyəti bildirib ki, mitinqlərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerlərdə və metro stansiyalarının yaxınlığında keçirilməsi, aksiyada iştirak etməyən digər insanların sərbəst hərəkətinə, həmin ərazidəki ticarət-iaşə obyektlərinin iş ahənginə maneə yarada bilər.

Aydın Quliyev
Aydın Quliyev

“Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev hesab edir ki, hakimiyyət üçün müxalifətin harada mitinq keçirməsi önəmli deyil, əsas məsələ vətəndaşların təhlükəsizliyinə zəmanət verməkdir:

“Müxalifətin şəhərin mərkəzində mitinq keçirməsini məhdudlaşdırmaq kimi mülahizələr yersizdir. Müxalifətin də ancaq şəhərin mərkəzində aksiya keçirmək hüququna mütləq mənada sahib olması da düzgün deyil. Müxalifət keçirdiyi aksiyalarda hər hansı təxribat və digər qanunazidd hərəkətlərin olmayacağına əminliklə zəmanət belə verə bilmir. Belə olan halda keçirilən aksiyaların bütün təhlükəsizlik və digər məsuliyyətlər hökumətin üzərindədir”.

Aydın Quliyev bundan başqa aksiyaların keçirildiyi yerlərin yaxınlığında yaşayanların və orada işlərin də nəzərə alınmalı olduğunu zəruri hesab edir.

“Adi sakinlərin siyasi şikayətləri”

Elə bu il yanvarın 19-da Milli Şuranın “Məhsul” stadionunda keçirdiyi mitinqdən sonra prezidentin saytında yaxınlıqda yaşayanlar və orada çalışanların fikirləri kimi çoxsaylı məktub yayılırdı.

Məktublarda vurğulanır ki, şənbə və bazar günlərində keçirilən mitinq onlara mane olur, işlərini pozur.

"Stadion ətrafında olan yolların giriş-çıxışı məhdudlaşdırılır, mitinqə toplaşanlar səs-küy salaraq bizə lazım olmayan və heç birimiz tərəfindən dəstəklənməyən çıxışlar edir, ətrafdakı binaların sakinlərinin narahatçılığına səbəb olur. Eləcə də sahibkarların da işinə öz mənfi təsirini göstərir."

Amma Milli Şura rəhbərliyi hələ o vaxt bildirirdi ki, bu müraciətləri öyrədilmiş şəxslər yazıb. Milli Şura hesab edir ki, 19 yanvar aksiyası bir daha sübut etdi ki, insanlar iqtidardan narazıdır və belə aksiyalara ehtiyac var.

Bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra ölkədə hər hansı siyasi təşkilatın kütləvi aksiya keçirməsinə razılıq verilməyib. Bakı Şəhər İcra Hakimiyyəti təkcə Milli Şuranın 5-dən çox aksiyasının keçirilməsinə imkan verməyib.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Lökbatanda da yer ayrılması müxalifətə bir şans idi:

“Hakimiyyət bu cür addımları ona görə atır ki, düşünmək qabiliyyəti kif bağlayıb. Düşünə bilmir. İndiki hakimiyyət yalnız instiktlərlə yaşayır. Təhlükə görəndə qapmaq, parçalamaq, qovmaq. Ona görə də düşünə bilmirlər, düşünsəydilər, bu cür siyasət aparmazdılar. Amma mən düşünürəm ki, bu təkliləri ilə də müxalifətə şans veriblər. Müsavat, AXCP və digər klassik müxalifət Lökbatana toplaşıb, orada aksiya keçirə bilərdilər. Hətta orada öz üzvlərinin sayını da artırmaq imkanı ola bilərdi”.

Zərdüşt Əlizadə hesab edir ki, mitinqdən video və fotolor paylaşmaqla sosial şəbəkələrdəki xeyli istifadəçilərə də öz sözlərini çatdırmaq olardı.

Milli Şura 28 sentyabrda keçirmək istədiyi aksiyada seçki islahatları, Dağlıq Qarabağ probleminin həlli, siyasi məhbuslara azadlıq, uşaqpullarının bərpa edilməsi, sənədsiz evlərin qeydiyata alınması, təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi kimi tələblərin səsləndiriləcəyini açıqlamışdı.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənməyə çalışıb:

Müxalifətə mitinq keçirmək üçün Lökbatanın təklif edilməsinə necə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Demokratik Təşəbbüslər İnstitutu 2019-cu ildə “Sərbəst toplaşmaq azadlığının vəziyyəti ilə bağlı” araşdırma aparıb. 2016-2019-cu illəri əhatə edən araşdırmada vurğulanır ki, sərbərst toplaşma azadlığı pozulur, mitinqdən öncə və sonra iştirakçılar təqib olunur, işdən çıxarılanlar, polisə çağırılanlar və ya həbs olunanlar var.

Araşdırmada bildirilir ki, xüsusilə paytaxtın mərkəzində, insanların daha çox olduğu yerlərlədə toplantıların keçirilməsinə şərait yaradılmalıdır.

Hökumət rəsmiləri isə Azərbaycanda bütün hüquqların eləcə də sərbəst toplaşma, ifadə azadlığının tam təmin olunduğunu bildirir.

Müxalifətin mitinqinə görə kiminsə təqib olunması, mitinqlərin qarşısını alması ilə bağlı iddiaları rədd edir.

XS
SM
MD
LG