Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:15

Pompeo və Lavrov aralarındakı söhbətdən razı qalıblar


Rusiyanın xarici işlər naziri Sergey Lavrov (solda) və ABŞ dövlət katibi Mike Pompeo (Foto arxivdəndir)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov (solda) və ABŞ dövlət katibi Mike Pompeo (Foto arxivdəndir)

ABŞ dövlət katibi Mike Pompeo rusiyalı həmkarı Sergei Lavrovla Venesuela və başqa məsələlərə dair müzakirəsini “yaxşı söhbət” adlandırıb. Lavrov da bu danışıqları “konstruktiv” kimi qiymətləndirib.

İki diplomat mayın 6-da Finlandiyada keçirilən Arktika Şurasının toplantısı yanında görüşüblər. Bundan bir gün əvvəl Pompeo Rusiyanı Venesueladan “çıxıb getməyə” çağırmışdı.

Venesuelaya dair Vaşinqton və Moskva arasında ciddi ziddiyyət mövcuddur. ABŞ bu ölkədə müxalifət lideri Juan Guaido-nu dəstəkləyir və hətta onu keçid prezidenti kimi tanıyıb. Rusiya isə Venesuerlada hakimiyyətini qoruyub saxlamağa çalışan Nicolas Maduroya dəstək verir və Karakasa göyərtəsində hərbi müşavirlər olan təyyarələr göndərib.

Mayın 6-da keçirilən danışıqlardan sonra Pompeo müxbirlərə deyib ki, o Moskva ilə iki ölkənin ortaq maraqları olduğui sahələrdə irəliləyişə nail olunacağına ümid edir:

"Bizim maraqlarımız aşkar şəkildə fərqlidir. Buna görə də biz son dərəcə azlığına baxmayaraq maraqlarımız üst-üstə düşən sahələrdə yollar tapmağa və tərəqqiyə nail olmağa çalışırıq”.

Lavrov isə bir gün əvvəl verdiyi bəyanatı təkrar edərək bildirib ki, Venesuelaya hər hansı kənardan müdaxilə “fəlakətli” ola bilər.

Pompeo ilə danışıqlarına gəlincə isə Lavrov söhbətin “yaxşı və konstruktiv” keçdiyini deyib.

Finlandiyaya yola düşməzdən əvvəl Pompeo ABC telekanalına demişdi ki, onun Lavrova Venesuela barədə belə bir mesajı var: “Ruslar çıxıb getməlidirlər”. O bildirmişdi ki, bu məsələdə ABŞ-ın mövqeyi dəyişməzdir:

“Niyyətimiz tamamilə aydındır. Biz rusların, iranlıların və kubalıların oradan çxııb getməsini istəyirik. Bu çox aşkar bir məsələdir”.

Moskvaya yola düşməzdən əvvəl Sergey Lavrov Venesuelanın xarici işlər naziri Jorge Arreaza ilə görüşüb və bu danışıqlarda Birləşmiş Ştatları “Venesuelanın qanuni hökumətini devirmək üçün misli görünməmiş kampaniya aparmaqda” ittiham edib:

“Karakasda zorakı çevriliş cəhdlərilə demokratik prosesinin heç bir əlaqəsi yoxdur və bu cəhdlər böhranın siyai yollarla həlli imkanlarını daraldır. Biz həm amerikalılara, həm də onları dəstəkləyənlərə səslənirik ki, məsuliyyətsiz planlarından əl çəksinlər və müstəsna olaraq beynəlxalq qanunlar çərçivəsində hərəkət etsinlər”.

ABŞ prezidenti Donald Trump mayın 3-də demişdi ki, o Venesuelaya amerikalıların hərbi müdaxiləsini istəmir.

Üstəlik Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində sonra Trump bunu da demişdi ki, Putin də Venesuelaya müdaxilə fikrinndə deyil və “o orada yaxşı şeylərin baş verməsini istəyir”.

O özünün də belə bir mövqedə olduğunu söyləmişdi.

XS
SM
MD
LG