Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 04:09

Prezident qızları


Respublikaçı namizəd Donald Trump qızı Ivanka ilə birlikdə
Respublikaçı namizəd Donald Trump qızı Ivanka ilə birlikdə

-

Onlar atalarına görə tanınır.

IVANKA VƏ TIFFANY TRUMP

Daşınmaz əmlak maqnatı və siyasətçi Donald Trump-ın böyük qızı 34 yaşlı Ivanka uşaqlıqdan model olmaq arzusunda olub. 1997-ci ildə onun şəkli dəb jurnalının üz qabığını bəzəyib. Bundan sonra moda nümayişlərində görünüb, fotosessiyalar çəkdirib. Sonralar Ivanka-nın buna marağı azalıb. O, biznesə və yazıçılığa həvəslənib. «Trump Organization»ın vitse-prezidenti postuna yiyələnib. Atası ABŞ prezidentliyinə namizədliyini irəli sürəndən ştatları gəzməklə onun seçki kampaniyasına kömək edir. Ivanka-nın baçısı - 22 yaşlı Tiffany isə sosial bomond həyat tərzi ilə bağlı rəsmlərini paylaşmağı sevir. «Instagram»da Ivanka-nın 750 min, Tiffany-nin 85 min izləyicisi var.

Prezident Barack Obama qızları Malia (solda) və Sasha ilə.
Prezident Barack Obama qızları Malia (solda) və Sasha ilə.

MALIA VƏ SASHA OBAMA

ABŞ prezidentinin övladlarına sosial şəbəkələrdən istifadə etmək qadağan olsa da, media onların hər addımını izləyir. Malia 17, Sasha 14 yaşındadır. Onlar Vaşinqtonda «Sidwell Friends» özəl məktəbində təhsil alırlar.

2015-ci ildə «The New York Post» qəzeti böyük bacını «dəbin parlayan ulduzu» adlandırıb. Malia moda jurnallarının və dəb bloqlarının diqqət mərkəzindədir.

2014-cü ildə bacılar «Dünyanın ən nüfuzlu yeniyetmələri» siyahısında 4-cü yeri bölüşüblər.

Gulnara Karimova
Gulnara Karimova

GULNARA KARIMOVA

Özbəkistan prezidentinin qızını bir vaxtlar atasının varisi sayırdılar. Ancaq 2013-cü ildən ata-qız münasibətlərində çat yarandı və Gulnara siyasi nüfuzunu sürətlə itirməyə başladı.

Xanım Karimova son vaxtlaradək «Guli» brendi altında zərgərlik məmulatlarının dizaynı ilə məşğul olurdu. Özbəkistanın Mədəniyyət və İncəsənət Forumuna və bir sıra digər ictimai təşkilatlara rəhbərlik edirdi.

Gulnara 1991-ci ildə ABŞ vətəndaşı Mansur Maksudi ilə ailə qurub, 2001-ci ildə boşanıb. Nikahdan olan 2 uşağın kimin himayəsinə verilməsi məsələsi beynəlxalq qalmaqala çevrilib və sonda ABŞ məhkəməsi uşaqları anaya verib.

Leyla Əliyeva
Leyla Əliyeva

LEYLA ƏLİYEVA

30 yaşlı Leyla Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı, «Baku» jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlılarının Gənclər Təşkilatının sədri və ətraf mühitin mühafizəsini təbliğ edən IDEA təşkilatının təsisçisidir.

Leylanın 3 uşağı var: Əli və Mikayıl adlı iki oğlu və övladlığa götürdüyü qızı Əminə. «Crocus Group» şirkətinin vitse-prezidenti və müğənni Emin Ağalarovla evli olub. Cütlük keçən il ayrılıb.

Barbara Berlusconi
Barbara Berlusconi

BARBARA BERLUSCONI

31 yaşlı Barbara «FinInvest»in Direktorlar Şurasının üzvü, «Milan» futbol klubunun vitse-prezidentidir.

16 yaşında media Barbara-nın şəxsi həyatını, daha dəqiq, məşhur futbolçularla eşq macəralarını müzakirə edir. Onun biznesmen Corcio Valagucca-dan 2 oğlu var. «Wikipedia» məlumatına görə, Barbara Rusiya prezidentinin qızları ilə rəfiqədir.

G.Bush və qızı Jenna.
G.Bush və qızı Jenna.

JENNA BUSH-HAGER

ABŞ-ın 43-cü prezidenti George Bush-un qızı Jenna Bush-Hager 34 yaşındadır. 2008-ci ildə ailə qurub, 2 uşağı var. Hər hansı xüsusiyyəti və ya fəaliyyəti ilə məşhur olmasa da, «Instagram»da 190 mindən artıq izləyicisi var.

Maryam Nawaz
Maryam Nawaz

MARYAM NAWAZ

Pakistan baş nazirinin qızı 42 yaşlı Maryam-ı«Twitter»də 1.7 milyondan çox adam izləyir. O, ölkənin ən məşhur xanımlarından biridir. Nawaz Pəncab Universitetində ingilis ədəbiyyatı üzrə təhsil alsa da, siyasətlə məşğul olur. Baş nazirin istedadlı gənclərin dəstəklənməsi sahəsində hazırladığı proqramın həyata keçirilməsinə nəzarət edir.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalında izləyin

XS
SM
MD
LG