Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 21:50

Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]


İlham Əliyev yoxsa Mehriban Əliyeva - Prezident seçkilərinə kim gedir?
Gözlə

No media source currently available

0:00 0:14:44 0:00

İlham Əliyev yoxsa Mehriban Əliyeva - Prezident seçkilərinə kim gedir? [A-Live]

Bir il sonra – 2018-ci il oktyabrın 17-də Azərbaycanda növbəti prezident seçkiləridir. Hər halda Seçki Məcəlləsinin tələbi belədir, amma hər halda seçkinin konkret gününü Mərkəzi Seçki Komissiyası ayrıca qərarla təyin edəcək.

Gələn ilki seçkilərə partiyaların namizədləri bəllidirmi? Partiyaların seçki hazırlığı necə gedir?

Məsələ keçmiş millət vəkili, hazırda Almaniyada mühacir kimi yaşayan Hüseyn Abdullayevin qarşıdakı seçkidə prezidentliyə namizədliyini verəcəyini açıqlayandan sonra aktuallaşıb. O, öz niyyəti haqda özünün Facebook hesabında yazıb. Amma Hüseyn Abdullayev bizə bu mövzuda müsahibəyə razılaşmadı.

Hüseyn Abdullayev
Hüseyn Abdullayev

2007-ci ildə parlamentin iclasında həmkarı Fəzail Ağamalı ilə əlbəyaxa davadan sonra Hüseyn Abdullayevin deputat mandatı əlindən alınmışdı. O, 2010-cu ildən mühacir kimi Almaniyada yaşayır.

Buna da bax:​ Vitse prezidentin instagram səhifəsinə yazılan yalvarışlar [video]

Bəs, Azərbaycanda 2018-ci il prezident seçkilərinə digər namizədlər bəllidirmi?

Hakim YAP-ın icra katibinin müavini Siyavuş Novruzov telefon zəngimizə qısa cavabında ancaq onu bildirdi ki, yaxın zamanlarda seçki planlarını açıqlayacaqlar. Bəs, hakim partiyanın namizədi indiki prezident İlham Əliyev yox, Birinci xanım Mehriban Əliyeva ola bilərmi? Siyavuş Novruzov "iclasdayam, danışa bilmirəm" deyib bu sualımızı cavabsız qoydu.

Hələ 2016-cı ildə referendum ilə konstitusiyaya dəyişiklik edilərkən Bakıdakı siyasi təhlilçilərin çoxu Birinci xanım Mehriban Əliyevanın prezidentliyə növbəti namizəd ola biləcəyini deyirdilər. Hərçənd Mehriban Əliyevanın özü bu mövzuda düşünmədiyini deyirdi.

Buna da bax:​ Deputat: 'Mənim vitse-prezidentin işinə qiymət verməyə haqqım yoxdur'

Həmin referendumdan az sonra ölkənin Birinci vitse prezidenti təyin olunan Mehriban Əliyeva bu təyinatdan az sonra Rusiyanın birinci kanalına müsahibəsinə prezidentliyə namizəd ola bilərmi sualına cavab olaraq demişdi ki, bu haqda fikirləşməyib və fikirləşmir. Mehriban Əliyeva "gələcəkdə olacaqlar barədə indidən nəsə danışmağı səmərəsiz" adlandırmışdı.

Müxalifətdə olan AXCP sədri Əli Kərimli isə hələlik prezident seçkisindən danışmağı o qədər də önəmli saymır. Deyir ki, hazırda cəmiyyətin əsas mövzusu seçkilər yox, hakimiyyətin beynəlxalq rüşvət qalmaqalıdır.

Əli Kərimli
Əli Kərimli

O ki, qaldı seçkilərə Əli Kərimli bildirir ki, nəticəsi əvvəlcədən bəlli olan oyunda iştirak etməyəcəklər:

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

“Vəziyyəti dəyişmək mümkün olsa, seçkilərə gedəcəyik. Yox, əgər durum indi olduğu kimi qalacaqsa, o zaman nəticəsi əvvəlcədən bəlli olan bu oyunda iştirak etməyəcəyik. AXCP və Milli Şura bundan sonrakı bütün siyasi kampaniyalarda birlikdə hərəkət edəcək”.

Müsavat başqanı Arif Hacılı da düşünür ki, Azərbaycanda seçkilər üçün mühit yoxdur. Partiya 2 ay öncə "seçki islahatları" adlı sənəd hazırlayıb və öz tələblərini irəli sürüb:

“Biz seçki Komissiyalarının hakimiyyətin nəzarətindən çıxarılmasını tələb edirik. Bərabər hüquqlu təbliğat imkanlarının yaradılmasını, sərbəst toplaşma, söz və mətbuat azadlığının təmin edilməsini tələb edirik. Əslində bunların hamısı Azərbaycanın Konstitusiyasında tanınmış hüquqlardır. Hökumət Azərbaycanda hakimiyyətin seçki yolu ilə dəyişməsinin mümkün olmadığı şəraitini yaradıb. Biz bu şəraitin dəyişdirilməsini istəyirik”.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

Müsavat Partiyası özünün sonuncu qurultayında növbəti prezident seçkisində keçmiş sədr İsa Qəmbərin namizədliyini irəli sürüb.

İsa Qəmbər
İsa Qəmbər

“1993-cü ildən bəri ən acınacaqlı seçki mühiti indi yaşanır” - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi sentyabrın 19-da 2013-cü ildən sonrakı tövsiyələrlə bağlı durumu dəyərləndirən hesabatında belə deyilir. Dəyərləndirmə Beynəlxalq təşkilatların seçki prosesi üzrə tövsiyələrinin icra vəziyyəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yeni qaydaları əsasında hazırlanıb.

Buna da bax: 'Gürcüstan işi' hesabatı açıqlandı

Təşkilatın rəhbəri Anar Məmmədli deyir ki, seçki mühitinin olmadığı bir ölkədə seçkilərin ancaq adı ola bilər:

“Mühit çox dramatikdir. Acınacaqlı vəziyyətdir. Hakimiyyətə məhz azad, ədalətli seçki mühiti yaratmaq üçün istər yerli, istər beynəlxalq təzyiqlər artmalıdır. Məsələn, mən özüm seçkiləri müşahidə edən bir təşkilata rəhbərlik edirəm. Şəxsən bizim təşkilatın işləməsi üçün bir mühit, imkan yoxdur”.

Seçkilər həm də seçicilərin fəallığından asılıdır. Seçkilərdə nə dərəcədə fəal iştirak edirsiz? Bu sualla qarşımıza çıxan Bakı sakinlərinə vermişik.

Seçkilərdə iştirak edirsiz? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Elə bu sorğuda da bəzi vətəndaşlar bəlkə də bilməyərəkdən bəzi seçki pozuntularını sadalayırlar. Müxalifətdən olan namizədlərin çoxu həmin pozuntulardan əlavə, həm də özlərinə həm də tərəfdarlarına təzyiqlərdən şikayət edirlər.

Buna da bax: Manatla əmanətlər niyə artır? [şərhlər]

2013-cü ildəki prezident seçkilərində namizədliyini verəcəyini bildirən Real hərəkatının sədri İlqar Məmmədov seçkilərə bir neçə ay qalmış həbs olunub. REAL hərəkatı İlqar Məmmədovun həbsini elə hakimiyyəti kəskin tənqidi və onun prezident seçkilərdə iştirakının qarşısını almaq məqsədi ilə edildiyini açıqlayıb.

Beynəlxalq qurumların, eləcə də Avropa məhkəməsinin İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı qərarına baxmayaraq, o hələ də həbsdədir. Gələn ilin yanvarında onun həbsindən 5 il ötəcək.

15-16 Oktyabr hadisələri yaddaşlarda necə qalıb
Gözlə

No media source currently available

0:00 0:07:31 0:00

XS
SM
MD
LG