Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:44

Prezident yanında iqtisadi müşavirə keçirilib


Bu gün, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları, 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib.

Prezident İlham Əliyev müşavirədə nitq söyləyib.

Müzakirələrdə birinci vise-prezident Mehriban Əliyeva, baş nazir Əli Əsədov, prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış ediblər.

Xatırlatma

Azərbaycan hökuməti gələn ilin büdcə layihəsini bəyənib. Layihə prezidentə göndərilib. Oradan isə Milli Məclisə gəlməlidir.

Maliyyə Nazirliyinin yaydığı layihəyə əsasən, Azərbaycanda 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 mlrd. 617.7 mln. Manat proqnozlaşdırılır. Bu, 2019-cu ilin təsdiq edilmiş eyni göstəricisi ilə müqayisədə 427.7 mln. manat çoxdur.

2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 mlrd. 484 mln. manat məbləğində proqnozlaşdırılır. Bu isə bu il təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 mlrd. 316 mln. manat və ya 5.7 faiz artıqdır.

Layihəyə görə, Dövlət Neft Fondundan transfert 11 mlrd. 767.5 mln. manat (57 faiz) təşkil etməlidir. Bu ilin büdcəsində Neft Fondundan transfertin məbləği bundan az, 11 mlrd. 364.3 mln. manat müəyyənləşdirilib.

Büdcə layihəsində neftin qiyməti 55 dollar götürülüb. Bu isə 2019-cu ilin dövlət büdcəsində neftin bir barrelinin götürülmüş qiymətindən 5 dollar azdır.

XS
SM
MD
LG