-
Aprelin 5-də prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.
«Report»un xəbərinə görə, İlham Əliyev yaralı hərbçilərlə görüş zamanı Azərbaycan xalqının onlarla fəxr etdiyini deyib.
«Döyüşlərdə yaralanmısız, ancaq qələbəni qazanmısız. Siz torpaqların azad edilməsi üçün artıq nə lazımdır, eləmisiz. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır», - deyə prezident yaralı hərbçilərə bildirib.
Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhədə atəşkəs ardıcıl olaraq pozulmağa başlayıb. Hər iki tərəfdən itkilərin olduğu deyilir. Azərbaycan Silahlı Qüvvələrinin 16 hərbiçisinin öldüyü, mülki əhali arasında da ölən və yaralananların olduğu bildirilir. Əhali arasında itkilərin siyahısı tam açıqlanmayıb.