Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 12:00

Mərkəzi Bank yenə iqtisadiyyatı 'manatsız qoydu'


Manat
Manat

Azərbaycanda pul bazası yenə də azalıb. Avqustun 31-nə pul bazası 7 milyard 412.2 milyon manat olub. Bu da iyul ayı ilə müqayisədə 225.9 milyon manat azalma deməkdir.

Pul bazasının ən yüksək həddi 2014-cü ilin yayına təsadüf edir - 11.7 milyard manat. İndiki səviyyə isə həmin həddən təxminən 1.5 dəfə azdır. Ekspertlər hesab edir ki, pul bazasının azalması Mərkəzi Bankın (MB-nin) manat siyasətindən qaynaqlanır.

PUL BAZASININ AZALMASI İQTİSADİYYATA NƏ VƏD EDİR

Pul bazası dedikdə, pul kütləsinin MB tərəfindən qısa müddət ərzində dəyişdirə bildiyi hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının MB-dəki müxbir hesablarının qalıqları) daxildir.

Buna da bax-Ekspert: Manat gerçək dəyərini tapana qədər 'uçacaq'

Ekspertlərin fikrincə, pul bazasının azaldılmasında MB-nin bir məqsədi dollar alışını azaltmaqdır. Dollar almağa nə qədər az manat varsa, ölkənin valyuta ehtiyatlarının azalma sürəti də o qədər aşağı düşür. Ancaq pul bazasının azalması iqtisadi fəallığı tam aradan qaldıra bilər. Bir sözlə, iqtisadiyyat kəskin şəkildə manatsızlaşır. Pul defisiti iqtisadi fəallığın kəskin azalması və nəticədə tələbin məhdudlaşması kimi iqtisadi gələcək vəd edir.

Azərbaycanda ötən il dekabrın 21-də baş verən devalvasiyadan bir müddət sonra da təxminən eyni vəziyyət yaranmışdı.

XS
SM
MD
LG