Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

2,9 milyarda nələr etmək olardi? – Q.İbadoğlunun cavabı


Arxiv fotosu
Arxiv fotosu

İqtisadçı Qubad İbadoğlu OCCRP-nin «Azərbaycanın pulyuyan maşını» araşdırması ilə bağlı öz dəyərləndirməsini yayıb.

Son günlərin əsas mövzusunu təşkil edən bu araşdırmada vurğulanır ki, 2012-2014-cü illərdə ölkədən 2,9 milyard dollar pul çıxarılıb. Həmin pulların Avropada rüşvət kimi verildiyi, mənimsənildiyi iddia olunur.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Qubad İbadoğlu isə belə yazır:

“2,9 milyard dolları hazırkı məzənnə ilə manata çevirəndə 5 milyard manat edir. Bu vəsait hesabına kateqoriyasından asılı olmayaraq bütün pensiyaçıların illik təqaüdlərini 2 dəfə, dövlət sektorunda çalışan müəllimlərin əmək haqqını 3 dəfə, səhiyyə və sosial xidmət işçilərinin maaşlarını isə 10 dəfə artırmaq olardı.

Bu vəsait ötən il dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların 90 faizini təşkil edir. Eləcə də Gömrük Komitəsinin 2016-cı ildə dövlət büdcəsinə ödənişlərindən 2,2 dəfə çoxdur”.

Buna da bax:​ Deputat:araşdırmanı şərh edir: 'Bu o demək deyil ki, orda korrupsiya var'

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

Q.İbadoğlu vurğulayır ki, 2,9 milyard dollar 1 il ərzində gizli iqtisadiyyatda qazanılan və xaricdə yuyulan çirkli pulların 10 faizə qədərini təşkil edir:

“Çünki, son hesablamalara görə, Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsi ümumi daxili məhsulun (ÜDM) 67 faizini təşkil edir və qeyri-formal iqtisadiyyatda qazanılan pulların çox hissəsi məhz xaricdə, xüsusilə də ofşor zonalarda 'yuyulur'”

İqtisadçı yazır ki, çirkli pulların yuyulması maliyyə cinayətləri arasında ən ağırı və təhlükəlisi hesab olunur:

Buna da bax:​ Pulyuyan maşın təhqiqatına Şotlandiya qəzeti də qoşulur

“Fikrimcə, xarici sərmayələrin cəlb edilməsi üçün davamlı investisiya forumları təşkil edən və əlverişli biznes mühitinə dair siyasi bəyanatlar verən Azərbaycan hakimiyyətinə bundan böyük zərbə ola bilməz”.

İqtisadçı hesab edir ki, hətta, bundan sonra Azərbaycanda fəaliyyət göstərən investorlar da ölkədən getməyə üstünlük verəcəkdir.

“Bundan da ən çox itirən milli iqtisadiyyat və Azərbaycan vətəndaşları olacaq”, – iqtisadçı vurğulayır.

Ancaq rəsmilər isə OCCRP-nin «Azərbaycanın pulyuyan maşını» araşdırmasını qərəzli və əsasız hesab edirlər. Rəsmilər bəyan ediblər ki, orada əks olunan məsələlərin nə dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyatı var.

Buna da bax:​ Soros və erməni lobbisi doğrudanmı Azərbaycana qarşı birləşib? [video]

Azərbaycan hakimiyyətini təmsil edən şəxslər hesab edirlər ki, bu araşdırma erməni lobbisinin və Azərbaycanı sevməyən, onun uğurlarını qısqanan qüvvələrin sifarişi ilə hazırlanıb.

XS
SM
MD
LG