Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:48

Alla Puqaçova: 'Nökər idilər, qul oldular'


Alla Puqaçova
Alla Puqaçova

Müğənni konkret kimləri nəzərdə tutduğunu deməsə də, söhbətin onun müharibə əleyhinə mövqeyini tənqid edənlərdən getdiyi görünür

Rusiyalı müğənni, daha öncə müharibə əleyhinə bəyanatla çıxış etmiş Alla Puqaçovanın Instagram səhifəsində postu yenidən ictimai rezonans doğurub. Bəzi mənbələr estrada müğənnisinin artıq Rusiyanı tərk etdiyini deyir.

Qarabağdakı separatçı rejimdən Paşinyana cavab gəldi
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

“Nə böyük xoşbəxtlikdir, heç vaxt dözə bilmədiyim adamlar mənə nifrət edir. Əgər onların xoşuna gəlsəydim, bu o demək olardı ki, boşuna oxumuşam, yaşamışam. Səbəb aydındır. Qoy dişlərini qıcasınlar. Nökər idilər, qul oldular”, – Puqaçova yazıb.

Mövqeyini tənqid edənlər olub

Müğənni konkret kimləri nəzərdə tutduğunu deməsə də, söhbətin onun müharibə əleyhinə mövqeyini tənqid edənlərdən getdiyi görünür.

Puqaçova sentyabrın ortasında sosial şəbəkələrdə post yayaraq Rusiya hakimiyyətini onu da “xarici agent” siyahısına salmağa çağırıb. Bununla o, Rusiyanın Ukraynaya hücumuyla bağlı ilk dəfə açıq mövqe bildirib, əri Maksim Qalkinin mövqeyini dəstəkləyib. Müharibəyə qarşı çıxmış Qalkin Rusiyada “xarici agent” kimi tanınıb.

Puqaçova həmin postunda “təmiz, vicdanlı və səmimi insan, əsl və namuslu rusiyalı vətənpərvər olan əriylə” həmrəy olduğunu, Qalkinin vətəni üçün yalnız rifah, sülh, ifadə azadlığı istədiyini yazırdı.

Rusiyadakı əmlak satışa çıxarılb?

Puqaçovanın yazdığına görə, Qalkin Rusiyanı “izqoy ölkəsinə çevirən, vətəndaşların həyatını çətinləşdirən illüziyalı məqsədlər uğrunda oğullarımızın ölümünə son qoyulmasını” arzulayır.

Bu yaxınlarda mediada Puqaçovanın övladları ilə birlikdə ərinin yaşadığı İsrailə getdiyi, Rusiyaya qayıtmaq planı olmadığı haqda xəbərlər yayılıb. Cütlüyün Rusiyadakı əmlakını satışa çıxardığı iddia olunur. Ancaq bu informasiya hələlik, təsdiqlənməyib, Puqaçova, yaxud Qalkin onu şərh etməyib.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayıb və Qərbin sərt sanksiyaları ilə üzləşib. Prezident Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib. Sentyabrın 30-da Ukraynanın dörd vilayətinin ilhaqı haqda sənəd imzalansa da, Kiyev, Qərb bu addımı qanunsuz adlandırıb.

XS
SM
MD
LG