Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 17:15

Putinin Əliyev və Paşinyanla ayrılıqda telefon danışığı olub


Rusiya prezidentinin 71 yaşı tamam olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

İki ölkə lideri arasında eyni zamanda müxtəlif məsələlər üzrə müzakirə aparılıb.

***

Azadlıq Radiosunun Ermənistan xidməti yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın da RF lideri Vladimir Putinlə telefon danışığı olub. Paşinyan Rusiya prezidentinin ad gününü təbrik edib.

***

Qeyd edək ki, oktyabrın 7-də Vladimir Putinin 71 yaşı tamam olub. 1952-ci ildə Leninqradda anadan olan Putin Leninqrad Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

Vladimir Putin Rusiyanın 2-ci və 4-cü prezidentidir.

XS
SM
MD
LG