Rusiya və Türkiyə razılaşıblar ki, ABŞ prezidenti Donald Trump-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarı Yaxın Şərqdəki vəziyyəti sabitsizləşdirir.
Bu barədə bəyanatı Rusiya prezidenti Vladimir Putin dekabrın 11-də Ankarada prezident Recep Tayyip Erdoğanla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında verib.
Elə bu mətbuat konfransında Putin deyib ki, “Türkiyənin müdafiə sənayesi üçün kredit razılaşmaları tezliklə imzalanacaq”.
Erdoğan bildirib ki, Ankara və Moskva ABŞ-ın Yerusəlim barədə qərarına münasibətdə eyni mövqeyi bölüşdürürlər.
İki prezident bəyan ediblər ki, bu məsələ barəsində əlaqələrini davam etdirəcəklər.
Türkiyə prezidenti bildirib ki, Rusiyadan S-400 raket sisteminin alınmasına dair razılaşmanın yekunlaşdırılması məqsədilə iki ölkənin rəsmiləri yaxın həftələrdə görüşəcəklər.
Putin və Erdoğan habelə Suriya və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiklərini bidliriblər.