Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:43

Putin və Erdoğan Qarabağı da müzakirə ediblər


Erdoganla Putin Soçidə Qarabağı müzakirə etdilər
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Ərdoganla Putin Soçidə Qarabağı müzakirə etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə danışıqlarını "məhsuldar" adlandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə danışıqlarını “məhsuldar” adlandırıb.

RIA Novosti xəbər verir ki, Rusiya prezidenti də görüşün nəticəsini eyni sözlə ifadə edib.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Putin və Ərdoğan arasında görüş üç saatadək davam edib.

Türkiyəli həmkarı ilə söhbəti zamanı Putin Ankaranın regiondakı “müsbət” rolunu yüksək qiymətləndirdiyini deyib.

Vladimir Putin atəşkəsə nəzarət edən Rusiya-Türkiyə Mərkəzindən söz açıb: “Azərbaycan və Ermənistan sərhədində atəşkəsə nəzarət edən Rusiya-Türkiyə mərkəzi aktiv fəaliyyət göstərir. Bu əməkdaşlıq sabitliyin və tərəflərin barışığa yönəlik növbəti addımlar üzrə mövqelərinin razılaşdırılmasının ciddi qarantiyasıdır”.

Putin habelə deyib ki, iki ölkə arasında ticarət əlaqələri sürətlə inkişaf edir.

Rusiya lideri bunu da vurğulayıb ki, tərəflər atom enerjisi sahəsində qarşılıqlı əməkdaşlığı daha da sıxlaşdırıblar.

Ərdoğan rusca minnətdarlıq edib

Öz növbəsində Ərdoğan deyib ki, Rusiya-Türkiyə münasibətləri Suriyada və bütövlükdə Yaxın Şərqdə sülhün və təhlükəsizlyin əsas qarantıdır.

Ərdoğan habelə Türkiyə meşə yanğınlarında həyatını itirmiş rusiyalı xilasedicilərə görə Putinə başsağlığı verib.

Bu da qeyd olunur ki, Ərdoğan bu görüş üçün Putinə minnətdarlığını rusca ifadə edib.

Bu görüşdən əvvəl ekspertlər deyirdilər ki, Putin və Ərdoğan Yaxın Şərqdə və Aralıq dənizi hövzəsində qüvvələr balansının saxlanmasına dair saziş imzalaya bilərlər.

XS
SM
MD
LG