Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:05

Putin Ukraynanın 4 vilayətinin ilhaqını bəyan edib


Vladimir Putin və separatçı liderlər imzalanmadan sonra
Vladimir Putin və separatçı liderlər imzalanmadan sonra

Dünyanın bir çox ölkələri bu ilhaqı tanımayacaqlarını bildiriblər.

Rusiya ilhaqı pisləyən BMT qətnaməsinə veto qoyub

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında Ukrayna ərazilərinin ilhaqını pisləyən qətnamənin qəbuluna veto qoyub.

Bu qətnaməni ABŞ və Albaniya hazırlamışdılar.

Qətnamənin leyhinə Albaniya, Britaniya, Qana, İrlandiya, Keniya, Meksika, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Fransa səs veriblər.

Qabon, Braziliya, Hindistan və Çin bitərəf qalıblar.

Qətnamə layihəsində Ukraynanın işğal olunmuş ərazilərində keçirilmiş referendumlar pislənir və dünya ölkələrinə Ukrayna sərhədlərinin dəyişdirilməsinin qəbul edilməməsi üçün çağırış edilirdi.

Qətnamə layihəsində habelə Rusiyadan Ukrayna ərazisini dərhal tərk etməsi tələb olunurdu.

Beləliklə qətnamə bir ölkənin – Rusiyanın vetosuna görə qəbul edilməyib.

Putin Ukrayna vilayətlərinin ilhaqını elan edib

Rusiya prezidenti Vladimir Putin sentyabrın 30-da Böyük Kreml sarayının Georgiyevski zalında etdiyi çıxışda Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luhansk vilayətlərinin ilhaqını bəyan edib.

Bu vilayətlərin əksər əraziləri Rusiya ordusunun nəzarətindədir.

Dünyanın bir çox ölkələri bu ilhaqı tanımayacaqlarını bildiriblər. Ukrayna isə bəyan edib ki, sözü gedən ərazilərə nəzarətin qaytarılması üçün silahlı yolla mübarizə aparacaq.

Putinin çıxışından sonra o və separatçı “DXR” və “LXR”-in, habelə Xerson və Zaporojye vilayəti işğal administrasiyalarının başçıları bu ərazilərin Rusiyanın tərkibinə daxil olmasına dair müqavilələr imzalayıblar.

Putin nə deyib

Vladimir Putin çıxışında deyib ki, Ukraynanın ilhaq olunan regionlarını Rusiya ilə “minillik tarix” bağlayır.

Rusiya təbliğatçıları Ukraynanın cənubunu “Novorossiya” adlandırırlar.

O Ukraynada həlak olmuş Rusiya əsgərlərinin, habelə separatçıların xatirəsinin bir dəqiqlik sükutla yad edilməsini istəyib.

Putin həm də 1991-ci ildə SSRİ-nin dağılmasını rəsmən təsbit etmiş Beloveja razılaşmalarını tənqid edib.

Onun sözlərinə görə bu razıalşmaları imzalayanlar insanların iradəsi əleyhinə ölkəni dağıdıblar.

Putin iddia edib ki, ilhaq olunan ərazilərin milyonlarla sakini Rusiyaya birləşmək arzusunu ifadə edib.

“Böyük tarixi Rusiya”

Rusiya prezidenti onun sözləri ilə deyilərsə “Kiyev rejimini” hərbi əməliyyatları dayandırmağa və danışıqlara başlamağa çağırıb. O eyni zamanda qeyd edib ki, bu danışıqlarda ilhaq edilmiş ərazilərin məsələsi müzakirə olunmayacaq.

Putin bu çıxışında habelə Qərbi kəskin tənqid atəşinə tutub.

O deyib ki, Qərb Rusiyaya qarşı “hibrid müharibəsi” aparır və Rusiya ayrıca bir “ölkə-sivilizasiya” kimi Qərbin qoyduğu qaydalarla yaşamayacaq.

Rusiya prezidenti vurğulayıb ki, ABŞ 1945-ci ildə Hirosima və Naqasaki şəhərlərinə atom bombası atmaqla “presedent yaradıb”.

Putin “anqlosaksları” Şimal Axını qaz kəmərlərinin sıradan çıxarılmasında ittiham etsə də, heç bir sübut göstərməyib.

Rusiya prezidenti deyib ki, indi “böyük tarixi Rusiya” uğrunda “döyüş” gedir.

Bundan əvvəlki çıxışlarında Putin bütün keçmiş Sovet İttifaqını “tarixi Rusiya” adlandırırdı.

3 min 500-dən çox tələbənin diplomu təsdiqlənmir - dövlət qurumları məhkəmə çəkişməsində
Gözlə

No media source currently available

0:00 0:07:35 0:00

XS
SM
MD
LG