Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Görüş bu gün, sentybarın 15-də kurort şəhəri Soçidə baş tutub.
AzadlıqRadiosunun Rusiya xidməti Kremlin açıqlamasına istinadla yazır ki, iki lider bu həftə Putinin Şimali Koreya lideri Kim Çen İnlə görüşünü müzakirə edib.
Şimali Koreya lideri Rusiyanın təhlükəsizlik maraqlarını müdafiə etmək üçün “tam və qeyd-şərtsiz dəstəyini” təklif edib.
Lukaşenko Rusiya-Şimali Koreya tərəfdaşlığına daxil edilməsinə ümid edir..
Kremlin yaydığı bəyanatda bildirilir ki, Lukaşenka Putinlə təkcə bu il 7-ci dəfədir görüşdüyünü qeyd edib və bildirib ki, Rusiya-Belarus arasında interqrasiya səylərini tamamlağa daha 3 ay lazımdır.
Lukaşenka onun ölkəsinin də Rusiya-Şimali Koreya tərəfdaşlığının inkişafına daxil ediləcəyinə ümid etdiyini bildirib. Amma o bu haqda ətraflı məlumat verməyib.
Putin Belarusla münasibətləri “sabit və etibarlı” adlandırıb, eyni zamanda “ortaq məsələlər və ortaq öhdəliklər”i də vurğulayıb. Putin həmçinin Kimdən Ukraynaya qarşı müharibədə kömək istəməsi ilə bağlı fərziyyələri “tam cəfəngiyyat” adlandırıb.
Kimin sentyabrın 15-də Rusiya səfərini başa vuraraq, Komsomolsk na Amure-də hərbi və mülki aviasiya zavodlarına baş çəkdiyi bildirilir.
AP BELARUSU RUSİYANIN CİNAYƏTLƏRİNDƏ ŞƏRİK ADLANDIRIB
Belarus Rusiyanın Ukraynadakı döyüşlərinə qoşulmaq üçün qüvvə göndərməsə də, Moskvaya 2022-ci ilin fevralında başlatdığı genişmiqyaslı işğal üçün öz ərazisindən hazırlıq meydançası kimi istifayə icazə verib.
İki müttəfiq arasında imzalanmış sənədlərə əsasən Rusiya taktiki nüvə silahlarının Belarus ərazisinə yerləşdirilməsinə icazə verib. Bu Sovet İttifaqının süqutundan sonra bu cür döyüşbaşlıqlarının yerdəyişməsi ilə bağlı ilk hal idi. Tərəflər arasında belə bir razılşamanın elanı dünya hökumətlərinin dərhal tənqidinə səbəb olmuşdu. NOTO isə bunu “təhlükəli məsulliyyətsiz” adlandırmışdı.
Avropa Parlamenti sentyabrın 13-də Belarusun Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakını pisləyən qətnamə qəbul edib və Lukaşenka rejimini “Rusiyanın törətdiyi cinayətlərdə şərik” adlandırıb.
Avropa Parlamenti “Belarusun Moskvaya geniş yayılmış siyasi, iqtisadi, hərbi və mədəni tabeliyindən” narahatlığını ifadə edərək, Belarusu “Rusiyanın peyk dövləti” adlandırıb.
Avropa Parlamenti Belarusa qarşı bəyanat, Lukaşenkanın həbsi istənilir
Avropa Parlamentinin qəbul etdiyi qətnamədə həmçinin Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən “2150-dən çox uşağın, o cümlədən yetimlərin” Belarusa qanunsuz köçürülməsi pislənilir və Beynəlxalq Cinayət Məhkəməsini Lukaşenkonun həbsi üçün order verilməsi məsələsinə baxmağa çağırılır.
Bu ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Putin və Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovaya qarşı həbs qərarı çıxarıb. Məhkəmə onları uşaqların Ukraynadan qanunsuz deportasiyasına görə müharibə cinayətinə yol verməklə məsuliyyət daşımaqda ittiham edib.
Avropa Parlamentinin qətnaməsində həmçinin Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisinə yerləşdirilməsi pislənilir və bu, “Belarusun nüvəsiz statusunun açıq-aşkar pozulması” adlandırılır.
Lukaşenkanın sadiqliyi...
Belarusda 2020-ci ildə keçirilən mübahisəli prezident seçkilərindən sonra hökumət ölkədəki kütləvi etirazları dağıdıb. Lukaşenka 6-cı müddətə hakimiyyətə gəlməsinin ardından Qərb sarsıdıcı sanksiyalar tətbiq edib. Bundan sonra rəsmi Minsk Moskva ilə daha sıx münasibətləri alqışlayır. Minskin Ukrayna müharibəsindəki roluna görə daha çox sanksiyalar tətbiq edilib.
Lukaşenka öz öz sadiqliyinin bu ilin iyunun sonunda Rusiyadakı özəl “Vaqner” qruplaşmasının üsyanına dayandırmaq üçün danışıqlarda iştirak etməklə göstərdi. O, iddia edir ki, Putinlə “Vaqner” muzdlularının lideri Yevgeni Priqojinin və “Vaqner” qoşunlarının Belarusda yerləşdirilməsi ilə bağlı razılığa gəlmələrinə yardımcı olub.