►Türk klubu ilə oyunda çıxardığı hoqqa ona baha başa gəldi...
Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) etika və intizam komissiyası "Lokomotiv" futbol uklubunun oyunçusu Dmitriy Tarasovu üzərində Rusiya prezidenti Putinin şəkli olan maykanı nümayiş etdirdiyinə görə 5 min avro cərimələmək barədə qərar qəbul edib.
Bu barədə məlumatı UEFA-nın mətbuat xidməti verib.
Fevralın 16-da Avropa Liqasının 1/16 finalında İstanbulda "Fenerbahçe" ilə keçirilən oyunun sonunda 29 yaşlı Tarasov klub futbolkasını əynindən çıxarıb və onun əynində üzərində Putinin şəkli və rusca "Ən nəzakətli prezident" yazısı olan mayka qalıb.
UEFA-nın İntizam reqlamentinin 14 maddəsinin 7-ci bəndinə görə "ideoloji, siyasi və dini təbliğatın bütün formaları qadağandır".
____________________________________________________________
Bunlara da bax:
____________________________________________________________
"Lokomotiv" klubu dərhal bildirib ki, Tarasovun hərəkəti yolverilməz və yersizdir və buna görə futbolçu cəzalandırılacaq. KİV-də yayılan məlumata görə klub yarımmüdafiəçini 300 min avro məbləğində cərimələyib.
Ancaq futbolçuların ümumrusiya həmkarlar ittifaqının rəsmisi bu xəbəri təkzib edib.
Xatırladaq ki, sözügedən "Lokomotiv"-"Fenerbahçe" matçında "Fenerbahçe" 2:0 hesabı ilə qalib gəlmişdi. Moskvada keçirilən cavab oyunu isə 1:1 hesabı ilə başa çatmışdı.
Beləliklə 1/8 finala məhz "Fenerbahçe" çıxmışdı, ancaq cümə gününə keçən gecəki oyundan sonra bu klub da turniri tərk etməli olub.
Buna da bax: Güllədən Putin düzəltmək