Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:04

"Kommersant" yazır ki, Medvedevi Putin istefaya göndərib


Vladimir Putin və Dmitry Medvedev, 15 yanvar, 2020
Vladimir Putin və Dmitry Medvedev, 15 yanvar, 2020

Rusiyanın keçmiş baş naziri Dimitry Medvedev prezident və icra hakimiyyətlərinin birləşdirilməsinin tərəfdarı imiş.

Bunu AzadlıqRadiosunun Rusiya xidməti yanvarın 16-da “Kommersant”a istinadla yazır.

Nəşrin yazdığına görə, Medvedev bunu hələ 2019-cu ilin sonlarında istəyirmiş ki, bu yanvarın 15-də Putinin təklif etdiyi islahatlardan fərqlidir.

Yəni ABŞ-da olduğu kimi prezident de-fakto icra hakimiyyətinin başçısıdır.

Amma mənbə qeyd edir ki, Putin yanvarın 15-də “superprezident” sistemindən imtina edərək, yeni Dövlət Şurası səlahiyyətli prezident-parlament respublikası yaradılmasını bəyan etdi.

Məlumata görə Putin illik müraciətindən sonra Medvedevlə görüşüb və sonda keçmiş baş nazir istefa verdiyini bəyan edib.

Amma prezidentin həmin gün axşam imzaladığı fərman deyir ki, onu məhz Putin istefaya göndərib.

Vladimir Putin bu vəzifəyə Federal vergi xidmətinin rəhbəri Mikhail Mishustinin namizədliyini irəli sürüb və baxılmaq üçün Dövlət Dumasına göndərib.

Artıq Putinin hakim partiyası onun namizədliyini qəbul edib və yanvarın 16-ı axşam saatlarında məsələ Dumada səsə qoyulmalıdır.

53 yaşlı Mishustin 2010-cu ildən vergi sistemində çalışırdı.

XS
SM
MD
LG