Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:51

Putin NATO və ABŞ-ı ‘dərhal danışıqlara’ çağırır


Kremlin verdiyi məlumata görə Putin bu tələbini dekabrın 14-də finlandiyalı və fransalı həmkarları ilə telefon söhbətləri zamanı bir daha səsləndirib

Rusiya prezidenti Vladimir Putin Ukrayna ətrafında gərginliyin artdığı bir vaxtda Birləşmiş Ştatları və NATO-nu Moskvaya təhlükəsizlik qarantiyalarının verilməsi barədə “dərhal danışıqlara” çağırıb.

Kremlin verdiyi məlumata görə Putin bu tələbini dekabrın 14-də finlandiyalı və fransalı həmkarları ilə telefon söhbətləri zamanı bir daha səsləndirib.

Son həftələrdə Ukrayna və onun Qərb dəstəkçiləri Rusiyanı Ukrayna ilə sərhəddə çox sayda qoşun və hərbi texnika cəmləşdirməkdə ittiham ediblər.

Onlar bildirirlər ki, bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə hazırlıq ola bilər.

Rusiya rəsmiləri Moskvanın Ukraynaya hücum niyyəti olduğuna dair iddiaları rədd edirlər və əksinə yaranmış gərginliyə görə Ukraynanı günahlandırırlar.

Rusiya habelə bildirir ki, o öz qoşunlarını öz ərazisinin istədiyi hissəsində cəmləşdirmək hüququna malikdir.

Telefon söhbətləri

Dekabrın 14-də Finlandiya prezidenti Sauli Niinisto ilə söhbətində Putin deyib ki, ölkəsinin təhlükəsizliyi üçün “ona beynəlxalq hüquqi qarantiyaların verilməsi məqsədilə Birləşmiş Ştatlar və NATO ilə dərhal danışıqlara başlanmasına ehtiyac var”.

Kreml bildirir ki, eyni gündə Putin fransalı həmkarı Emmanuel Makronla telefon söhbətində NATO-nun şərqə doğru genişlənməsinin qarşısının alınması üçün Qərb ölkələri ilə təcili danışıqlar istədiyini bildirib.

Kremlin verdiyi məlumata görə, Putin NATO-nun şərqə doğru genişlənməsinin və Rusiyaya qonşu ölkələrdə, ilk növbədə Ukraynada Rusiyanı hədələyən silahların yerləşdirilməsinin qarşısının alınması üçün hüquqi baxımdan təsdiqlənmiş qarantiyaları verəcək beynəlxalq danışıqlarını əhəmiyyətini vurğulayıb.

Niyə məhz Finlandiya?

Putin buna bənzər tələbləri ABŞ prezidenti Co Baydenlə ötən həftə keçirilən virtual danışıqlarında da, dekabrın 13-də Britaniya baş naziri Boris Consonla telefon söhbətində də səsləndirmişdi.

Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanın Ukraynaya təcavüzü təqdirində Moskva üzərinə qoyulacaq sanksiyaları koordinasiya etmək üçün dekabrın 13-də Brüsseldə görüşüblər.

Aİ bundan əvvəl Rusiyanın üzərinə Moskvanın Krım yarımadasını ilhaq etməsinə və Ukraynanın şərqində gedən separatçı münaqişəni qızışdırdığına görə Rusiyanın üzərinə bir neçə dövrə sanksiyalar elan edib.

Rusiya ilə 1340 kilometrlik sərhədi olan Finlandiya NATO üzvü deyil, lakin son illərdə, ABŞ-la, habelə qonşuları İsveç və Norveçlə ikitərəfli müdafiə və hərbi əməkdaşlığını gücləndirib.

Ötən həftə Finlandiya köhnəlməkdə olan hərbi donanma parkını təzələmək məqsədilə ABŞ istehsalı olan F-35 qırıcılarının alınması üçün 10 milyard avroluq müqavilə imzalayıb.

Bu, Finlandiya tarixində ən bahalı hərbi alqı sayılır.

XS
SM
MD
LG