Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:56

Putindən Türkiyəyə ağır ittiham


Rusiya prezidenti Vladimir Putin deyib ki, Türkiyə Rusiyanın Su-24 bombardmançı təyyarəsini İŞİD-dən neft idxalını qorumaq üçün vurub

Rusiya prezidenti Vladimir Putin bəyan edib kİ, Türkiyə Rusiyanın Su-24 bombardmançı təyyarəsini İslam Dövləti adlanan təşkilatın nəzarəti altında olan ərazilərdən neft idxalının fasiləsizliyini təmin etmək məqsədilə vurub.

Rusiya prezidenti deyib ki, burada söhbət böyük həcmlərdə, sənaye miqyasənda neftdən gedir.

Parisdə keçirdiyi mətbuat konfransında Putin deyib ki, Moskvanın ixtiyarında Suriyada İŞİD-in və başqa terrorçu təşkilatlıarın nəzarətində olan ərazilərdən neftin Türkiyəyə daşındığlnı göstərən dəqiq məlumatlar var.

Rusiya prezidenti deyib ki, burada söhbət böyük həcmlərdə, sənaye miqyasənda neftdən gedir.

Rusiya bundan əvvəl də Türkiyəni İŞİD-lə neft alış-verişində ittiham edib və Ankara bu ittihamları bir qayda olaraq rədd edir.

"Böyük səhv"

Vladimir Putin Rusiya təyyarəsinin vurulmasını “böyük səhv” adlandırıb və deyib ki, onu Türkiyə rəhbərliyindən Su-24-ü vurmaq əmrinin kim tərəfindən verildiyi də maraqlandırmır.

Rusiya lideri bildirib ki, Parisdə keçirilən iqlim sammitinin kuluarlaırnda görüşdüyü siyasi xadimlərlə təyyarə məsələsini müzakirıə edib və onların hamısı təyyarənin vurulmasına heç bir zərurət olmadığını təsdiqləyib.

Vladimir Putin həmçinin deyib ki, eyni sammitdə iştirak edən Türkiyə prezidenti Erdoğanla görüşməyib.

Şənbə günü Rusiya prezidenti Türkiyəyə qarşı sanksiyaları imzalayıb.

Ötən həftə Erdoğan Putinlə heç cür telefon əlaqəsi yarada bilmədiyindən gileylənirdi.

XS
SM
MD
LG