Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:04

Paşinyan Putinə Qarabağ probleminin hələ qaldığını deyir


Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib
Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib

Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.

Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.

Kremlin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, Rusiya prezidenti Paşinyana dəvəti qəbul edib gəldiyi üçün təşəkkürünü bildirib.

Putin deyib ki, onlar daim telefonla əlaqə saxlasalar da, üzbəüz görüşlər daha nəticəli olur:

“Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz həm rəsmi, həm də qeyri-rəsmi formatda söhbət edəcəyik. Biz nahar edəcək, hazırkı məsələləri müzakirə edəcək və planlarımız barədə danışacağıq. Bizim tezliklə MDB sammitimiz olacaq. Mən istərdim ki, biz saatlarımızı buna, həm də əlbəttə, regionda bugün üçün və uzun perspektiv üçün tənzimləmə də daxil əsas əməkdaşlıq məqsədlərimizə uyğun quraq”.

Ermənistan baş naziri Nikol Paşinyan görüşün başlanğıcında bildirib ki, belə tez-tez keçirilən görüşlər münasibətlərin dinamikasına və “bizim stateji, müttəfiqlik münasibətlərimizin qarşılıqlı dərk olunmasına” xidmət edir:

“Əlbəttə, təəssüf ki, biz hələlik regionda tam stabilləşmədən danışa bilmirik. Sizin də qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi problem olaraq qalır. Aydındır ki, Rusiya münaqişənin həllində və regionda ümümi təhlükəsizliyin təminatında və ATƏT-in Minsk qrupunun həmsədri kimi əsas rol oynayır. Təbii ki, bütün bu problemlərin hamısı mühümdür. Bunlar əsas məsələlərdir və mən şadam ki, bizim bütün bu gündəliyi müzakirə etmək imkanımız olacaq”.

***

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla oktyabrın 12-də Moskvada görüşəcək. Bu haqda TASS agentliyi Putinin mətbuat katibi Dmitri Peskova istinadla xəbər verir.

“Bəli, belə bir görüşə hazırlıq gedir”, – Peskov deyib.

Putinlə Paşinyan sonuncu dəfə bu il iyulun 7-də görüşüblər.

Kremlin yaydığı məlumata görə, tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin ötənilki 9 noyabr və bu il 11 yanvar tarixli bəyanatlarını, regionda sabitliyin möhkəmləndirilməsi və təsərrüfat əlaqələrinin qaydaya salınması yönündə gələcək addımları müzakirə edəcəklər.

“Eyni zamanda, ikitərəfli münasibətlərin inkişafı və Avrasiya məkanında inteqrasiya birliklərində qarşılıqlı əməkdaşlıq müzakirə olunacaq”, – xəbərdə vurğulanır.

Paşinyan konstitusiya dəyişikliyi vəd etsə də məsələ yubanır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə Paşinyanla görüşə hazır olduğunu demiş, Paşinyan da cavabında hətta mina xəritələrini də gətirməyə boyun olmuşdu. Ancaq bundan ötrü erməni əsirlərin buraxılması şərtini irəli sürmüşdü.

İki ölkə liderinin nə vaxt görüşəcəyi bəlli deyil. Onlar sonuncu dəfə bu il yanvarın 11-də Putinin vasitəçiliyi ilə Rusiyada bir araya gəliblər. Həmin görüşdə imzalanmış bəyanatda əsasən regionda kommunikasiyaların açılması nəzərdə tutulur.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonun işğaldan azad edib. Putinin vasitəçiliyi ilə imzalanmış atəşkəs razılaşmasına uyğun olaraq əsgərlərin təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG