Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 19:29

Paşinyan Putindən 'müəyyən siqnallar' aldığını deyir


Ermənistanın baş naziri Nikol Paşinyan (solda) və Rusiya prezidenti Vladimir Putin KTMT-nin Yerevan sammitində
Ermənistanın baş naziri Nikol Paşinyan (solda) və Rusiya prezidenti Vladimir Putin KTMT-nin Yerevan sammitində

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitindəki müzakirələri “açıq, səmimi və pozitiv” adlandırıb.

Bunu AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir.

Paşinyan bildirib ki, sammitdə iki mühüm sənəd barəsində razılıq əldə olunmasa da, bu sənədlər təkrar işlənməyə göndərilib.

Baş nazir ümid etdiyini deyib ki, KTMT üzvləri ortaq məxrəcə gələ bilərlər:

“KTMT Şurasının bəyannaməsi qəbul edilməsə də, (biz bu bəyannaməni imzalamamışıq) 13 sentyabr eskalasiyasına KTMT-nin cavabına dair qərar qəbul olunmasa da (yenə də biz bu sənədi də imzalamamışıq), təkrar edirəm ki, mən müzakirələri ümumən pozitiv qiymətləndirirəm. Mən habelə Rusiya Federasiyası ilə ikitərəfli formatda danışıqları pozitiv qiymətləndirirəm və ümid edirəm ki, artıq əldə olunmuş razılaşmalar mümkün qədər tez həyata keçiriləcək”.

Noyabrın 23-də KTMT-nin baş katibi Stanislav Zas bildirmişdi ki, sözü gedən sənədlər ən yüksək səviyyədə hazırlıq vəziyyətindədir, lakin bəzi razılaşdırılmamış məqamlar qalır.

Bundan başqa Belarus prezidenti Alyaksandr Lukaşenka KTMT Kollektiv Təhlükəsizlik Şurasının geniş iclasında demişdi ki, erməni tərəfi imzalanmalı olan sənədə düzəlişlər təklif edib, lakin bu düzəlişlərin təxirə salınması qərara alınıb.

Yerevanda aksiyaçılar Putinin gəlişini etirazla qarşılayıb
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

“Qədim və dərin köklər”

Rusiya və Ermənistan arasında münasibətlər müttəfiqlik səciyyəsi daşıyır, qədim və dərin köklərə malikdir.

Bunu Rusiya prezidenti Vladimir Putin noyabrın 24-də KTMT sammitinin ardınca Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib:

“Siz bizim ikitərfli münasibətlərimizi qeyd etdiniz. Bu münasibətlər, şübhəsiz ki, müttəfiqlər arasında münasibətlərdir, qədim və dərin köklərə malikdir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun baş nazirin mətbuat xidmətinə istinadla bildirir ki, Putin son doqquz ayda iki ölkə arasında mal dövriyyəsinin 67 faiz artdığını vurğulayıb.

Paşinyan isə deyib ki, bu il Ermənistandan Rusiyaya ixrac 80 faiz artıb.

Xəbər verilir ki, bu görüşdə Putin Paşinyanı Ermənistanın KTMT-dəki uğurlu sədrliyi münasibətilə təbrik edib:

“Həqiqətən də Ermənistan bu işi çox yüksək səviyyədə, fəal aparıb. Əlbəttə, yəqin ki, nadir hallarda bütün məsələlərə dair razılaşma əldə etmək mümkün olur. Amma ümumilikdə iş çox intensiv və faydalı aparılıb”.

Putin maşında Paşinyana nə deyib?

Putin deyib ki, o, regionda tənzimləmə məsələlərini, nəqliyyat arteriyalarının açılması məsələsini Paşinyanla “hələ maşında” müzakirə edib.

Noyabrın 24-də baş nazir Nikol Paşinyan hökumət müşavirəsində deyib ki, Yerevan Ermənistanı Azərbaycanla birləşdirəcək dəmir yolu sektorunun bərpası işlərinə başlanması üçün “müəyyən siqnallar” alıb.

Paşinyan vurğulayıb ki, Yerevan Rusiya prezidenti ilə danışıqlarda müəyyən informasiya alıb:

“Rusiya prezidenti ilə danışıqlarda biz müəyyən siqnallar və ya informasiya aldıq ki, bu, Horadiz-Meğri-Ordubad-Sədərək-Yerasx dəmir yolunun bərpası üçün realist və ciddi imkanların olduğunu göstərir”.

Paşinyan Əliyevi günahlandırır

Paşinyan daha sonra deyib:

“Əgər dünənki razılaşmadan sapınmalar olmasa, “Erməni yol kəsişməsi” layihəsinin çərçivəsində, məsələn dəmir yollarının bərpa olunması məsələsində böyük investisyalara ehtiyac yarana bilər. Çox şadam ki, bizim belə imkanlarımız var”.

Azatutyun yazır ki, Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu sektorunun tikintisinə dair razılaşma 2021-ci ilin 14 dekabrında Brüsseldə əldə olunmuşdu.

Amma Paşinyan noyabrın 10-da keçirilən hökumət müşavirəsində iddia etmişdi ki, bu razılaşmanı Azərbaycan prezidenti pozub:

“Bir neçə gündən sonra Əliyev özü razılaşmanı təsdiqləyən sənədi imzalmaqdan imtina edib. Mən rəsmən bəyan edirəm ki, bu razılaşmanı təsdiqləyən sənədi imzalamağa günü bugün də hazıram”.

Azatutyun xatırladır ki, Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası üçün 45 kilometrlik dəmir yolu sektorunun tikintisi lazımdır.

Bu da bildirilirdi ki, bu sektorun tikintisi üçün 200 milıyon dollar vəsait lazım gələcək.

Ermənistan bu dəmir yolu vasitəsilə İran və Rusiyaya, Azərbaycan isə Naxçıvana çıxış əldə edə bilər.

'Ağalı kəndində yayda pomidorun kilosu 6 manat idi'
Gözlə

No media source currently available

0:00 0:06:03 0:00

Xatırlatma

Ötən il dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüsseldə Avropa İttifaqı Şurasının Prezident Şarl Mişelin vasitəçiliyi ilə görüşüb.

Görüşdən sonra yayılan məlumatlara görə, Əliyevlə Paşinyanın tərəflər arasında dəmiryolu xəttinin bərpası üzrə razılaşmanı təsdiqlədikləri bildirilir.

Prezident Əliyev isə Brüsseldə bəyan edib ki, hüquqi rejim baxımından, Ermənistan ərazisindən keçəcək dəhliz Laçın dəhlizi ilə eyni olmalıdır.

“Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır”, – Əliyev deyib.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG