Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:00

Putin Poroşenkoya sığınacaq təklif etdi və...cavabını aldı


Ukraynada 2019-cu ilin seçki kampaniyasında Poroşenkonun təşviqat plakatı
Ukraynada 2019-cu ilin seçki kampaniyasında Poroşenkonun təşviqat plakatı

Ukraynanın keçmiş prezidenti bildirib ki, Putinin Ukrayna siyasətçilərinin öz problemlərini həll etmək iqtidarında olduqlarını “dərk” eləməsi vaxtıdır

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla fevralın 8-də keçirdiyi danışıqlardan sonra yer alan brifinqdə deyib ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya siyasi sığınacaq verməyə hazırdır:

“Biz cənab Poroşenko kimilərinə Rusiyada sığınacaq verməyə hazırıq”.

RBK agentliyi yazır ki, Putinin sözlərinə görə o bundan əvvəl artıq Poroşenkoya “gələcəkdə problemlər çıxarsa” belə bir təklif etdiyini deyib.

Putin bildirib ki, Poroşenko prezident olduğu vaxtlarda onun bu təklifini “qəribçiliyə” salıb.

Ukraynanın keçmiş prezidenti Rusiya prezidentinin bu bəyanatlarına cavab olaraq bildirib ki, Putinin Ukrayna siyasətçilərinin öz problemlərini həll etmək iqtidarında olduqlarını “dərk” eləməsi vaxtıdır:

"Vladimir Vladimiroviç nəhayət dərk eləməlidir ki, biz özümüz burda, Ukraynada məsələləri həll edirik. Ukrayna siyasətinin və siyasətçilərinin qayğısını çəkmək kimi əbədi Rusiya praktikasının vaxtı keçib. Buna mən prezident olanda son qoyulub”.

Və Zelenskiyə məsləhət...

Petro Poroşenko Ukraynanın indiki prezidenti Volodimir Zelenskiyə “Putini sevindirməyə son qoymağı və ölkənin müdafiəsi ilə məşğul olmağı” məsləhət görüb.

O bildirib ki, Poroşenko məsələsi ilə daha çox məşğul olan hüquq-mühafizə orqanlarının səylərini Ukraynanın müdafiəsinə yönəltmək lazımdır.

Poroşenko rusiyayönlü separatçıların nəzarətində olan Donbas rayonlarından qanunsuz kömür satılması ilə bağlı Ukraynada dövlətə xəyanətdə və terrorçulquda şübhəli bilinir.

Poroşenko ona qarşı cinayət işi qaldırılanda ölkəni tərk etsə də, bu il yanvarın 17-də vətənə qayıdıb. Onu yüzlərlə tərəfdarı qarşılayıb.

Keçmiş prezident özünə qarşı ittihamları “siysi motivli” adlandırır və deyir ki, indiki hakimiyyət Rusiya təhlükəsinə məhəl qoymadan opponentləri ilə siyasi haqq-hesab çürüdür.

Zelenski ötən dekabrda demişdi ki, Poroşenkoya qarşı dövlət xəyanəti ittihami ölkədaxili vəziyyətə təsir göstərməyəcək.

XS
SM
MD
LG