Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:19

Rusiya Türkiyəyə qarşı sanksiyalara baxır


Tayyip Erdogan
Tayyip Erdogan

Rusiyanın baş naziri Dimitry Medvedev hökumətə Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsini göstəriş verib.

Bu barədə “İnterfaks” agentliyi xəbər verir.

Bu tədbirlərə iqtisadi sahədə əməkdaşlıq proqramlarının dayandırılması, maliyyə əməliyyatlarının məhdudlaşdırılması, gömrük rüsumlarının dəyişdirilməsi, yükdaşıma və humanitar əlaqələr sahəsində tədbirlər daxildir.

Rusiyanın İqtisadi İnkişaf naziri Aleksey Ulyukaev noyabrın 26-da bildirib ki, Rusiya Türkiyə ilə bir sıra sərmayyə və ticarət razılaşmaları üzərində işi dayandırır.

Bura “Türk axını” layihəsi və Atom Elektrik Stansiyası da daxildir.

--

Rusiya Türkiyənin yük maşınlarını buraxmır.

Gürcüstanla Rusiyanı birləşdirən əsas magistral yol demək olar ki, bağlanıb.

Rusiya sərhədçiləri Türkiyədən gələn iri tonnajlı yük maşınlarını buraxmırlar.

Bu barədə AzadlıqRadiosunun müxbiri Georgi Kobaladze məlumat verir.

Onun sözlərinə görə iki ölkə arasındakı neytral zonaya Türkiyə nişanlı yüzlərlə yük maşını yığışıb.

Sərhədçilər bunun səbəbini yüklərə nəzarətlə bağlı əlavə tədbirlərlə bağlı olduğunu deyirlər.

Sürücülər isə deyirlər ki, onlara sadəcə yeri qayıtmaq göstəriş verilir.

Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dimitry Peskov bundan əvvəl bildirmişdi ki, Rusiya Türkiyəyə qarşı sanksiya və ya embarqo qoymaq fikrində deyi.

Noyabrın 24-də Türkiyənin Suriya sərhədində Rusiya təyyarəsini vurması iki ölkə arasında gərginliyə səbəb olub.

--

Erdogan üzr istəmədi.

Türkiyə prezidenti Racep Tayyip Erdoqan ölkəsinin “İslam Dövləti” qrupundan neft alması barədə Moskvanın ittihamlarını rədd edib.

Erdogan noyabrın 26-da Ankarada yerli rəsmilərlə görüşdə bu ittihamı irəli sürənləri onu geri götürməyə və ya sübut etməyə çağırıb.

O bunu Türkiyəyə qarşı böhtan adlandırıb.

Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Erdogan bir daha Türkiyənin noyabrın 24-də Suriya sərhəddində Rusiya təyyarəsini vurmasına haqq qazandırıb və bunun məlum qaydalara uyğun olaraq dərhal cavab olduğunu bildirib.Prezident bildirib ki, onun ölkəsi İslam Dövləti qrupuna qarşı fəal mübarizə aparır və son illər bu qrupla əlbir olmaqda şübhəli bilinən minlərlə adam saxlanıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Türkiyədən üzrxahlıq gözlədiyini bildirmişdi.

--

Putin üzrxahlıq gözləyir.

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Türkiyə rəhbərliyi qəsdən ikitərəfli münasibətləri dalana aparır.

Putin noyabrın 26-da Moskvada çıxış edərkən bildirib ki, Moskva Türkiyədən üzrxahlıq və Rusiya təyyarəsinin vurulması və pilotun ölümünə görə kompensasiya təklif edilməsini gözləyir.

Ahmet Davutoglu və Vladimir Putin
Ahmet Davutoglu və Vladimir Putin

Putin deyib ki, o Ankaradan bu cinayəti törədənlərin cəzalandırılmasını gözləyir.

Putin belə bir bəyanatla 15 ölknin yeni səfirini qəbul edərkən çıxış edib.

Putin həmçinin qeyd edib ki, “İslam Dövləti” qrupu bir neçə ölkənin passivliyi və xüsusilə onların terrorçularla birbaşa əlbir olmasına görə yaranıb.

Putin Suriyadakı terrorçu qruplaraqarşı mübarizə aparmaq üçün güclü real beynəlxalq koalisiya yaradılacağına ümidlə yanaşdığını bildirib.

Qeyd edək ki, Putin təyyarənin vurulmasını Türkiyə tərəfindən arxadan zərbə adlandırıb.

Rusiya Türkiyəyə qarşı sanksiya və ya embarqo tətbiq etməyəcək.

“Kreml təyyarənin vurulması ilə bağlı hələ də Ankaradan ağılabatan açıqlama gözləyir və Türkiyəyə qarşı sanksiya və ya ərzaq embarqosu tətbiq eləmək fikrində deyil”.

Bunu Kremlin sözçüsü Dimitry Peskov noyabrın 26-də bəyan edib.

Dmitry Peskov
Dmitry Peskov

​O bildirib ki, biz hələ də Türkiyə tərəfindən real izah gözləyirik.

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi bundan əvvəl Türkiyədən idxal olunan ərzaq və kənd təsərrüfatı məhsullarına nəzarətin gücləndirildiyini bildirmişdi.

Amma Peskov bildirib ki, biz Türkiyəyə qarşı elə bir embarqo qoymaq fikrində deyilik.

Türkiyə hərbi-hava qüvvələrinin noyabrın 24-də Rusiyanın SU-24 təyyarəsini vurması iki ölkə arasındakı münasibətləri gərginləşdirib.

Türkiyə tərəfi təyyarənin ölkənin hava hüdudunu pozduğunu deyir, Rusiya bunu inkar edir.

XS
SM
MD
LG